“Azercell” startaplara öz biznesini qurmağa dəstək göstərəcək
19.10.2018 [08:50]
“Azercell” Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz innovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq istəyənlər üçün elan etdiyi 3-cü Barama İnkubasiya Proqramında seçimlər başa çatıb. Münsiflər heyətinin qarşısında çıxış edən 14 startapdan yüksək bal toplayan 6 layihə proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Taleh Kərimli, Valeh Arifzadə, Mehman Qaraxanı, Aydın Əliyev, Sənan İbrahimov və Adil Qafarlı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq “Azercell” tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin may ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır. Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

