15 ilin zəfər salnaməsi
16.10.2018 [08:46]
YAP Binəqədi rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyanın rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra cənab İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edərək güclü, qüdrətli dövlətə çevrilib: “Neft gəlirlərindən səmərəli istifadə olunaraq qeyri-neft sektorunun inkişafı təmin olunub, bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və Azərbaycan qüdrətli dövlətə çevrilib. Ötən müddət ərzində həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub: “Ötən 15 il ərzində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub, bütün sahələrdə islahatlar uğurla davam etdirilib, ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir”.
“Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş daxili və xarici siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, Öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Belə olan halda, xarici dövlətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik siyasi kurs həyata keçirən Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər”, - deyən Hikmət Babaoğlu bu gün ölkəmizin dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malik olduğunu diqqətə çatdırıb və bildirib ki, müxtəlif sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin daha da artmasını təmin edib.
Çıxış edən Milli Məclisin deputatı Kəmaləddin Qafarov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlərin əhəmiyyətini nəzərə çatdırıb. O qeyd edib ki, Azərbaycanda ötən 15 il ərzində, sözün əsl mənasında, zəfər salnaməsi yazılıb: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət ötən 15 il ərzində uğurla davam etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub. Azərbaycanın dinamik inkişafı davam edib, əhalinin sosial rifahı daha da yaxşılaşıb”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin inkişafı beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Bütövlükdə isə, mövcud reallıqlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edəcək, yeni möhtəşəm uğurlar əldə edəcək”, - deyə millət vəkili əlavə edib.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə qeyd edib ki, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar əldə olunub, eyni zamanda, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb: “Dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması xüsusi qeyd edilməlidir. Əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün bu ilin avqustunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin yaradılması da olduqca mütərəqqi addımdır”.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Eyni zamanda, rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra şəxslər fəxri fərmanla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03

