/ / Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları “Yerli demokratiya həftəsi” ərəfəsində
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları “Yerli demokratiya həftəsi” ərəfəsində
12.10.2018 [08:59]
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları oktyabrın 15-dən 21-dək “Yerli demokratiya həftəsi” keçirəcək.
Həftə çərçivəsində oktyabrın 11-də Sumqayıtda Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov konfransda çıxış edərək şəhərdə aparılan genişmiqyaslı işlərdən danışıb, Sumqayıtı ölkəmizin inkişafının gözəl nümunəsi kimi səciyyələndirib. O, Prezident İlham Əliyevin apardığı mütərəqqi inkişaf proqramı nəticəsində Sumqayıtın artıq Cənubi Qafqazda ikinci sənaye şəhəri olduğunu vurğulayıb.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tədbirin məqsədindən danışaraq demokratiya həftəsinin yerli özünüidarə orqanlarının inkişafında mühüm rol oynayacağını, vətəndaşlar arasında bələdiyyələrin nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdirib. Həmçinin məqsədin yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi olduğunu bildirib. O, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının həftə çərçivəsində keçiriləcək tədbirləri haqqında məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov sayca 11-ci dəfə keçiriləcək “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb. O, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının “Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşularaq hər il bələdiyyələrə belə tədbirlərin keçirilməsini tövsiyə etməsinin yaxşı ənənəyə çevrildiyini deyib. Sektor müdiri bugünkü tədbirin bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımları ölkə başçısı İlham Əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.
“Hamıya məlumdur ki, dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən sərəncamlar imzalayır və vaxtaşırı bu sərəncamların, tapşırıqların icrasını yerlərdə şəxsən yoxlayır. Bu siyasətə uyğun olaraq şəhər, rayon icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq səyyar qəbullar keçirilir, həmin qəbullarda vətəndaşlar onları narahat edən məsələləri birbaşa bildirir və aidiyyəti qurumlar tərəfindən mövcud problemlərin həlli istiqamətində iş aparılır. Bu baxımdan bələdiyyələr də yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. “Yerli demokratiya həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”, - deyə Emin Eyvazov bildirib. Prezident Administrasiyasının sektor müdiri bələdiyyə rəhbərlərinin qarşısında duran vəzifələri qeyd edərək həftənin özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin inkişafına təkan verəcəyini vurğulayıb.
Yerli demokratiya həftəsinin əhəmiyyətini vurğulayan Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov bildiriblər ki, “Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətinin genişlənməsinə, bu qurumların işində demokratik prinsiplərin daha çevik tətbiqinə imkan yaradacaq.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov “Yerli demokratiya həftəsi”nin məqsədləri və əhəmiyyətindən danışaraq bütün Avropa ölkələrində həyata keçirilən bu mühüm konsepsiyanın reallaşdırılmasında Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin rolunu qeyd edib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının həftə ilə bağlı hazırladığı tövsiyələr barədə iştirakçılara məlumat verib. Ölkəmizin Avropa Şurasının üzvü kimi götürdüyü öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdıran natiq həftə ərzində keçirilən tədbirlərdə vətəndaşların fəallığının təmin olunmasının, əhalinin qaldırdığı problemlərin həllində demokratik prinsiplərə daha çox yer verilməsinin vacibliyini vurğulayıb.
Mövzu ətrafında müzakirələrdə iştirak edən Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Suraxani rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov, Sumqayıt bələdiyyəsinin Xəzri-1 saylı məhəllə komitəsinin sədri İnqilab Səlimov və digərləri maraqlı təkliflərlə çıxış ediblər.
Konstruktiv dialoq formatında keçən konfransda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, aksiyanın mütəşəkkil keçməsi üçün tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

