Dövlət Neft və Sənaye Universitetində “Açıq qapı” günü təşkil olunub
09.10.2018 [08:47]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq qapı” günü keçirilib. ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, valideynlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı 2018-2019-cu tədris ilinin qəbul göstəricilərindən və son vaxtlar təhsil müəssisəsində həyata keçirilən islahatlardan danışıb.
Bu tədris ilində ADNSU-da qəbulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin artdığını deyən rektor bakalavriat səviyyəsinə Azərbaycan-Fransız Universiteti də (UFAZ) daxil olmaqla ümumilikdə 2.866 nəfərin qəbul olunduğunu bildirib. M.Babanlı ali məktəblərə qəbul imtahanlarında 1-ci ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərən 880 nəfərdən 392-nin ADNSU-nu seçdiyini diqqətə çatdırıb.
Məzunların və magistraturada təhsil alan tələbələrin işlə təmin olunmalarının diqqətdə saxlanılan məsələlərdən olduğunu qeyd edən rektor bu istiqamətdə 100-ə yaxın müəssisə ilə ikili müqavilənin imzalandığını deyib və il ərzində keçirilən “Məzun-karyera” sərgilərinin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq əməkdaşlığın və tələbə mübadiləsinin prioritet sahələrdən olduğunu diqqətə çatdıran M.Babanlı ingilis dilində tədrisin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. Rektor beynəlxalq əməkdaşlıq çərçivəsində UFAZ xətti ilə universitetə 26 əcnəbi professorun cəlb olunduğunu qeyd edib, növbəti ildən bu rəqəmin 30-a çatdırılacağını bildirib.
Professor M.Babanlı, eyni zamanda, tədris proqramlarının yenilənməsi, elektron universitetin əhəmiyyəti, Lazer Mərkəzinin fəaliyyəti, elmi-tədqiqat laboratoriyaları, yeni texniki-texnoloji proqramların hazırlanması və digər məsələlərdən bəhs edib.
Tədbirdə yaz sessiyasının nəticələrinə görə kurslar üzrə ən yüksək nəticə göstərən qruplara 1000 AZN məbləğində pul mükafatı təqdim olunub.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

