Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
05.10.2018 [08:54]
Oktyabrın 4-də Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fond tərəfindən elan edilmiş 11-ci qrant müsabiqəsinin nəticələrinin təsdiqlənməsi və Fondun fəaliyyətini tənzimləyən bir sıra sənədlərin qəbul edilməsi məsələlərinə baxılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin avqustun 29-da imzaladığı Sərəncamla Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 11-ci qrant müsabiqəsi barədə Şura üzvlərinə məlumat verərək bildirib ki, 2018-ci il avqustun 28-dən sentyabrın 23-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə ümumilikdə 1134 layihə təklifi daxil olub. Layihə təklifləri Fond tərəfindən ilkin ekspertizadan keçirilib və onların müəyyən edilmiş qaydalara uyğun tərtib olunması yoxlanılıb.
Müşahidə Şurasında aparılan müzakirələr nəticəsində ilkin ekspertizanın nəticəsində müsabiqəyə buraxılmış “A” kateqoriyası üzrə 91, “B” kateqoriyası üzrə 8, “C” kateqoriyası üzrə 271 olmaqla, ümumilikdə 370 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib (layihələrin siyahısı oktyabrın 6-da Fondun internet səhifəsində yerləşdiriləcək).
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın icrasını təmin etmək məqsədilə Fondun bir sıra prosedur sənədləri qəbul olunub. Bu sənədlər Fondun yeni maliyyələşdirmə istiqamətləri, o cümlədən xaricdə təhsil, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirak, həssas kateqoriyada olan gənclərin təhsil prosesinin maliyyələşdirilməsi, əməkhaqqının qismən maliyyələşdirilməsi və s. üzrə müraciət qaydaları, onlara baxılması və qiymətləndirilməsi meyarlarını tənzimləyir.
İclasda Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

