Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sürətlə abadlaşan Xətai rayonu qış mövsümünə tam hazırdır

Sürətlə abadlaşan Xətai rayonu qış mövsümünə tam hazırdır

27.10.2009 [09:12]

Rayonda abadlıq-quruculuq işlərilə yanaşı, insanların qışda fasiləsiz qaz, elektrik enerjisi və istiliklə təminatı sahəsində əsaslı işlər görülüb
Artıq bir müddət sonra qış mövsümü başlayacaq. Bakı şəhərində və Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, müəyyən problemlər ortaya çıxır. Bu və ya digər problemlərin ortaya çıxmaması üçünsə bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin göstərişilə həyata keçirilən bu işlər isə cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir... Bu səbəbdən Bakı şəhərinin rayonlarında həyata keçirilən işləri işıqlandırmaq məqsədilə Xətai rayonunda olduq.
ölkənin hər yerində olduğu kimi, paytaxtın Xətai rayonunda da qışa hazırlıq işləri uğurla davam etdirilir. Rayon təsərrüfatının payız-qış mövsümünə hazırlanması, əhalinin istilik, qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının “2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıq haqqında” 30 sentyabr 2009-cu il tarixli 380 saylı sərəncamı ilə bütün sahələri əhatə edən 123 bənddən ibarət tədbirlər planı işlənib hazırlanıb və operativ qərargah yaradılıb.
İstiliklə təchizat...
Məlum olduğu kimi 2009-cu ilin iyul ayında Tarif Şurasının qərarına əsasən təbii qazın dəyəri 2,5 dəfə artıb. Bu isə öz növbəsində daha ucuz enerji mənbəyi olan istilik sistemində təkmilləşdirmə işlərinin aparılmasına zərurət yaradıb. Qış mövsümündə rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial obyektlərin, yaşayış binalarının istilik enerjisi ilə təmin olunması “Azəristiliktəchizat” ASC-nin 6 saylı və İEMX-İSİS-nin, 2 saylı rayon İstilik Qazanxana vasitəsi ilə həyata keçirilir. Rayon ərazisində yerləşən 520-dən çox yüksək mərtəbəli yaşayış binası, 37 məktəb, 47 uşaq bağçasının və 14 səhiyyə obyektinin istilik enerjisi ilə təmin olunması nəzərdə tutulub.
Rayon ərazisində ümumi uzunluğu 127,7 km olan istilik kəmərlərindən 113,3 km-i yuyulub və hidravlik təzyiqi yoxlanılıb. 39 ədəd istilik kamerasından 36 ədədi təmizlənib, uçmuş hissələri bərpa olunub. İstismara yararsız 4376 p/m müxtəlif diametrli məhəllədaxili və magistral istilik borularının 3846 p/m-i yenisi ilə əvəz olunub, 126 ədəd nasosdan 113 ədədi,  652 siyirtmələrdən 588 ədədi əsaslı və cari təmir olunub. Nəzərdə tutulmuş 218 kv.m pəncərənin təmiri və şüşələnməsi, 650 kv.m istilik şəbəkələrinin dam örtüyünün təmir işləri başa çatdırılıb. 4 ədəd nasos və 180 siyirtmə yenisi ilə əvəz olunub. Bütövlükdə İEM X-İSİS tərəfindən Vunqtau 23; N.Tusi 14,18; M.Hadi 90, 91; Gəncə pr. 23b, 25; general Ə.Şıxlınski 23; Q.Məmmədov 7 ünvanlardakı binalarda aşağı paylayıcı xətlərin əsaslı, M.Hadi 97, 99, 101; Gəncə pr. 57, 67 saylı binaların aşağı paylayıcı xətlərinin cari təmir işləri həyata keçirilib.
6 saylı İSİS tərəfindən general S.Mehmandarov 2; Neapol 5, 23, 26, 28; M.Hadi 41 saylı yaşayış binalarının Dövlət Proqramına uyğun olaraq aşağı paylayıcı sistemləri və binaya gedən məhəllədaxili istilik xətləri əsaslı, Neapol 4a, 41; Telnov 9, 10, 11, 17, 18; N.Tusi 27; Q.Nəbi 4, 5; Şirvani 2; Babək pr. 88, 92; M.Hadi 11 saylı yaşayış binalarında isə cari təmir işləri aparılıb.
İSİS RİQ-2 tərəfindən Y.Səfərov 35; Ə.Quliyev 2a; S.Orucov 2a,18; A.Cəlilov 19; Tağızadə 7, 11/15; R.Əliyev 12/14; Q.Məmmədov 3/20; Cavanşir 30, 32, 34 saylı yaşayış binalarında  aşağı paylayıcı və məhəllədaxili xətlərin əsaslı, Y.Səfərov 8, 10; A.Cəlilov 5; Senyuşkin 7, 7a; F.Bayramov 8; R.Əliyev 10; N.Əliyev 26, 28; Zığ yolu 14a, 16, 26; Cavanşir  20, 22 saylı yaşayış binalarının aşağı paylayıcı sistemləri  cari təmir olunub.
Mənzil Kommunal Təsərrüfatı Birliyində 445 yüksək mərtəbəli binadan 338-nin istiliklə təchiz olunması üçün bir sıra işlər  görüb. Təmiri nəzərdə tutulmuş 15300 kv.m dam örtüyünün  təmirinə qarşı 5557 kv.m, 1600 kv.m ümumi istifadə olunan yerlərdə isə 444 kv.m pəncərə şüşələnib. 550 qapı laylarının təmirinə qarşı 296 lay, 220 pəncərə çərçivəsinin təmirinə qarşı 165 çərçivə, 5200 p/m istismara yararsız su borusunun təmirinə qarşı 2088 p/m, 1400 p/m divar sobası və tüstü borusu, ventilyasiya kanallarının təmirinə qarşı 941 p/m, 2550 p/m yağış-su borularının təmirinə qarşı 1095 p/m, 2300 p/m çirkab su boruların təmirinə qarşı 2193 p/m, 650 p/m elektrik xətlərinin təmirinə 420 p/m və 3100 p/m istilik sistemi borularının təmirinə  qarşı 1768 p/m işlər görülüb.
Yüksək təzyiqli qazla təminat...
Əhaliyə göstərilən ən vacib xidmət sahələrindən biri də qaz təchizatıdır. Cari ilin qış mövsümündə rayon əhalisini normal qazla təmin etmək üçün rayon Qaz İstismar Sahəsi (QİS) tərəfindən görülmüş işlər nəticəsində R.Bağırov küç. 25 saylı, Əbilov, general Ə.Şıxlınski küçələri, 9-cu Əhmədli, S.Əhmədov və N.Şükürov, Naximov küçəsi, ev 11-12 və general S.Mehmandarov küçəsində yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli 345 p/m yeni qaz xətti çəkilib.
Qeyd edək ki, Qaz İstismar Sahəsinə əhali tərəfindən 166 ədəd çağırış daxil olub və hamısı yerinə yetirilib, rayon QİS-nin balansında olan 188 ədəd qaz təmizləyici  və 289 ədəd müxtəlif diametrli siyirtmələr təmir olunub. general Ə.Şıxlınski  küç. 51 saylı yaşayış binasının diametri 40 mm, uzunluğu 60 p/m qaz xəttinin dairəvi birləşdirilməsi işləri aparılır.
Yolun genişləndirilməsi ilə əlaqədar olaraq, Əbilov küçəsində diametri 57 mm,  30 m uzunluqda qaz xəttinin yeri dəyişdirilib. Naximov küçəsində diametri 108 mm, 1200 m uzunluqda qaz kəməri rənglənib.
Fasiləsiz elektrik enerjisilə təmin olunma...
Rayon ərazisində yerləşən yaşayış binalarının təhsil, səhiyyə, mədəniyyət, sənaye və digər obyektlərin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, açılmaların və qəza hallarının sayını qış mövsümündə minimuma endirmək üçün Xətai Enerji Təchizatı və Satış İdarəsi  tərəfindən 12 bənddən ibarət tədbirlər planı işlənilib, hazırlanıb və həyata keçirilib.
Rayonun Gəncə pr. 105 saylı evin yanında, N.Rzayev, Əhmədli yolu, “Azəroksigen”, “Alko”LTD, Narkoloji Dispanserin ətrafında yeni 10/0,4 KV-luq 2x630 KVt gücündə transformatorun tikintisi planlaşdırılır. Hal-hazırda 23 ədəd transformator təmir olunub, yenidən quraşdırılıb. Transformator yarımstansiyasında dam örtükləri təmir olunaraq. Nəzərdə tutulmuş 7400 p/m 6/10 KV-luq hava xətləri  5300 p/m kabel xətti ilə əvəz olunub. Rayonun H.Aslanov, NZS və Elektrotok yaşayış sahələrində tədbirlər planında nəzərdə tutulan 12345 p/m 0,4 KV-luq şəbəkəsinin  9440 p/m SİP kabellərlə montaj olunub.
Rayonun enerji daşıyıcılarının dəyərinin ödənilməsi ilə əlaqədar yaradılan Qərargahın üzvləri ötən 9 ay ərzində mütəmadi olaraq müşavirələr keçirib, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tədbirlər  görüb.
Rayon  icra strukturlarının köməkliyi sayəsində xidmət haqlarının toplanmasında müəyyən irəliləyişlər  olub. Belə ki, əhaliyə verilən  təbii qazın yığımı 75 faiz, elektrik enerjisi üzrə ödəniş 93,8 faiz olub. Qaz və elektrik sahələrində sayğacların quraşdırılması  99,6 faiz təşkil edib.
Gəncə prospektində 4 km yeni müasir dirəklər və elektrik xətlərinin çəkilməsi işləri aparılır, eyni zamanda, M.Hadi küçəsində 2 km-ə yaxın həmin işlərin görülməsi nəzərdə tutulub. general Ə.Şıxlınski, general S.Mehmandarov və M.Rüstəmov küçələri işıqlanıb və hazırda istismarda olan hava xəttinin kabel xətti ilə əvəz olunması nəzərdə tutulub.
Babək prospekti və Y.Səfərov küçəsində sıradan çıxmış yeraltı kabel xətləri yenisi ilə əvəz edilib, Nobel prospektində sıradan çıxmış çıraqlar, Əmirxanov, N.Tusi, Cavanşir küç. 30, 32, 34 saylı binalar, M.Hadi küçəsi ilə Gəncə prospektinin kəsişməsində işıqlanma bərpa edilib və H.Aslanov metrosunda yanmış yeraltı kabel xətləri hava xətləri ilə əvəz olunub.
Senyuşkin küçəsində DİN-nin İdman Kompleksinin açılışı ilə əlaqədar işıq dirəkləri və hava xətləri ləğv edilib. Rayon ərazisində vaxtaşırı yanmayan lampalar dəyişdirilib, hava xətləri vaxtaşırı tullantılardan təmizlənib, 27 köşkdə texniki və cari təmir işləri aparılıb, Babək pr-də qazıntı zamanı sıradan çıxan kabel xətləri bərpa olunub, Zığ şosesində Qala divarında işıqlanma işləri görülüb.
Su təminatı yaxşılaşdırılır...
Hesabat dövrü ərzində rayon Su İstehsalat İstismar Zonasının daxili imkanları və gücü hesabına bir çox işlər görülüb. Cari ilin əvvəlində rayon ərazisində baş vermiş 480-500 qəza hallarının qarşısı vaxtında alınıb, 89 nasosxanada nasoslar, mühərriklər və avadanlıqlar yoxlanılıb, istismara yararsız 33 ədəd nasos və mühərrik yenisilə əvəz olunub. Nəzərdə tutulmuş dam örtüyünün təmirə ehtiyacı olan nasosxanalara 120 kv.m ruberoid vurulub, 38 ədəd məhəllədaxili su anbarları yuyulub, təmizlənib, 18 ədəd nasosxanada müxtəlif diametrli siyirtmə və digər bağlayıcı armaturlar dəyişdirilib.
Zonanın daxili imkanları hesabına Naximov küç. 6a, 6b və 6c saylı binaların su təminatının yaxşılaşdırılması məqsədilə yeni 80 mm diametrlik 750 p/m su xətti çəkilib, M.Rüstəmov küçəsində 500 mm-lik V3 600 p/m su xəttinin dəyişdirilməsi işlərinə başlanılıb. 600 p/m su kəmərləri xətlərində və nasos stansiyalarında gündəlik cari və profilaktik təmir işləri aparılır. Xətai rayon Kanalizasiya Sahəsinin daxili imkanları hesabına 27,7 kv.m kanalizasiya şəbəkəsi və 4501 p/m yağış şəbəkəsi təmizlənib.
Rayon əhalisini narahat edən əsas problem həll edilib...
Bu gün Xətai rayonunun əhalisini daha çox narahat edən problemlərdən biri də sərnişin liftlərinə göstərilən xidmət və onun istismar edilməsidir. “Liftəmir” İB tərəfindən görülmüş tədbirlər nəticəsində 1158 liftə texniki xidmət göstərilib, dayanma faizi 2,4 faiz təşkil edib. Liftlərə göstərilən xidmət haqqı yığımının səviyyəsi 15 faiz artıb, orta hesabla yığım faizi 104,72 faiz təşkil edib. Hesabat dövrü ərzində İdarənin daxili imkanları hesabına  Neapol 6a ünvandakı binanın lifti yenisi ilə əvəz edilib, Cavanşir küç. 30, giriş 8 ünvanın və Mehmandarov küç. 96 giriş 3 ünvanın liftləri əsaslı təmir edilib, 1280 metr 7,8 mm-lik sürət məhdudlaşdırıcı buraz və 1300 metr 10,5 mm diametrində əsas burazlar yenisi ilə əvəz edilib və əlavə olaraq 27 ədəd dayanacaqda liftin dayanması bərpa olunub, 66 ədəd 3,5 KVt-lıq elektrik mühərrikinin dolağı təmir edilib, eyni zamanda, 32 ədəd 0,18 KVt-lıq qapı elektrik mühərriki, 24 ədəd 380/110 KV-luq alçaldıcı transformator təmir edilərək liftlər işə buraxılıb.
“Temp” Dövlət Müəssisəsi  tərəfindən hesabat dövründə 1956 sərnişin liftlərinə xidmət göstərilib və eyni zamanda, 32 ədəd uzun müddət dayanmış sərnişin  lifti təmir olunaraq işə salınıb.
Əlbəttə ki, Xətai rayon İcra Hakimiyyəti öhdəsinə düşən bütün işləri yerinə yetirməkdədir. Amma bəzi məsələlərdə məsuliyyət daşıyan aidiyyətı orqanlar, təşkilatlar üzərilərinə düşən işləri vaxtında yerinə yetirmədikdə müəyyən narazılıqlar ortaya çıxır...
Bununla belə, görülmüş işlər yüksək nəticələrin əldə olunmasına gətirib çıxarıb ki, bu da Xətai rayonunun qış mövsümünə hazırlığına dəlalət edir.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1622 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30