Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
25.09.2018 [09:28]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 22-də Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il Beynəlxalq Sülh Günü “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur.
Sahil Babayev dövlətimizin başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. Nazir, həmçinin ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd edib. O bildirib ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir.
Nazir deyib ki, yeni qəbul edilmiş “Əlilliyi olan şəxslər haqqında” Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğulayıb. O, insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırıb. Elmira Süleymanova Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını deyərək, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. Bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçməsinə baxmayaraq, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə aparılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb.
Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət edib, əsərlərin yaradılması prosesi ilə maraqlanıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb. Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.
Beynəlxalq Sülh Günü kimi tədbirlər Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir.
Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb.
Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçirdilər. Onlar rəngli boyalarla əl izlərini tabloya qoyublar.
Dənizkənarı Milli Parkda əlilliyi olan şəxslərdən və uşaq yaradıcılıq mərkəzlərindən olan rəqs qrupları musiqili proqramla çıxış ediblər. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, rəqs edənlər arasında eşitmə qabiliyyəti olmayan uşaqlar da var idi. Amma buna baxmayaraq bulvara gələn hər kəs bu çıxışları böyük maraqla izləyib.
Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Beynəlxalq Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Bu əlamətdar gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü!” sözləri yazılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

