/ / Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
13.09.2018 [09:18]
Sentyabrın 12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə və Daxili İşlər nazirliklərinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini bəyan etdiyi “İstiqlal Bəyannaməsi”ndə müəyyən olunmuş prinsiplərə sadiq qalmaqla konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq, insan hüquq və azadlıqlarını dolğun təmin edən demokratik dövlət yaratmaq, hakimiyyətin üç qolunu - qanunvericilik, icra və məhkəmə orqanlarını formalaşdırmaq məqsədilə mühüm qanun və qərarlar qəbul edib. Milli tələblərə və demokratik prinsiplərə cavab verən hakimiyyətin əsasını təşkil edən dövlət orqanları yaradılıb, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edilməklə fəaliyyətə başlayıb.
Qeyd edilib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendumla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırıb. Əsas Qanunda Azərbaycan Respublikası Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirməklə yanaşı, müasir prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olmasını təsdiqləyib.
Tədbirdə xüsusi vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Baş Prokurorluğun idarə rəisləri Nazir Bayramov, Natiq Hüseynov, Elşən Abbasov, Nazim Rəcəbov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev tədbirdə prokurorluğun tarixi, prokurorluğun hüquqi statusu ilə bağlı elmi-nəzəri baxışlar və təcrübədə tətbiq olunan modelləri, prokurorluq orqanlarının cinayət mühakimə icraatında və ondan kənarda vəzifə və səlahiyyətləri, milli prokurorluğun ölkənin inkişaf strategiyasına uyğun olaraq institusional baxımdan təkmilləşdirilməsi istiqamətləri barədə danışıblar. Həmçinin prokurorluğun Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə orqanlarının tərkibində fəaliyyəti, müasir dövrdə qanunvericilik aktlarının layihələrinin hazırlanması və bu sahədə normayaradıcı prosesin yüksək tələblər səviyyəsində həyata keçirilməsi, eləcə də milli dövlətçiliyin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolu, korrupsiyaya qarşı mübarizənin prokurorluğun prioritet fəaliyyət istiqaməti və prokurorluğun kadr tərkibinin müasirləşdirilməsi mövzularında çıxışlar ediblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə, vətəndaş cəmiyyəti institutunun rəhbərləri Rauf Zeyni, Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Xələfov prokurorluğun son 100 il ərzində keçdiyi və dövlət səviyyəsində yüksək dəyərləndirilən inkişaf yolu və həyata keçirilən islahatlar barədə məlumat veriblər. Çıxışlarda Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qanunçuluq prinsiplərinin daim ön plana çəkildiyi, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyi xüsusi vurğulanıb. Dövlətin bu mühüm təsisatının cəmiyyətin və ölkənin maraqlarının qorunmasında, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadığı müsbət qiymətləndirilib və bu istiqamətdə işlərin eyni intensivliklə davam etdiriləcəyinə inam ifadə olunub.
Baş prokurorun müavini konfransa yekun vuraraq onun Azərbaycan Prokurorluğunun 100 illik yubileyinə həsr edilmiş mühüm tədbirlərdən biri olduğunu, səmərəli, canlı müzakirələr və faydalı fikir mübadiləsi şəraitində keçdiyini bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

