Tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar
13.09.2018 [09:07]
Tərtərdə pambıq yığımına başlanılıb
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3300 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İlk olaraq rayonun Qaraağacı kəndi ərazisində yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialına təhvil verilib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 649 fermerlə 1667 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 28,9 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın 31 sentnerdən çox olacağını gözləyirik. 8 ədəd pambıqyığan kombayn, 16 ədəd traktor, 40 ədəd qoşqu, 3 ədəd yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın 9-dan tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda fermerlər məhsul yığımını əl əməyi vasitəsilə həyata keçirirlər. Ayın 20-dən sonra pambıqyığan kombaynlar da sahələrə çıxarılacaq”.
Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən Qaraağacı kənd sakini Sabir Qədirov ötən il olduğu kimi bu il də yüksək məhsuldarlığa nail olduğunu bildirib: “Keçən il hər hektardan orta hesabla 45 sentner məhsul vermişdim. Bu il də 1,3 hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət sayəsində bol məhsul yetişdirmişik. Birinci üz yığımından 3470 kiloqram pambıq yığıb məntəqəyə təhvil verdik. Pambıq yığımı mövsümünün sonunadək hər hektarın məhsuldarlığının 50 sentnerə çatacağını gözləyirik. İnanıram ki, tarlalardan 130 tondan artıq pambıq götürəcəyik”.
Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

