“Kaspi” Təhsil Şirkəti birillik fəaliyyətinə dair hesabat verib
08.09.2018 [10:24]
Sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müasir dünyada təhsilin mühüm rolunu diqqətə çatdıran S.Vəliyeva Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
“Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verən S.Vəliyeva bildirib ki, bu qurum 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 11 ildə qurum fəaliyyətini genişləndirərək iki lisey, beş uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb və “şirkət” statusunu qazanıb.
Şirkətin uğurlarından söz açan S.Vəliyeva deyib ki, qazanılan yüksək nəticələrin əsas səbəblərindən biri bilik səviyyəsinə uyğun dərəcə qruplarının təşkil olunması və davamlı təkrar proqramının tətbiq edilməsidirsə, digər səbəbi də şagird-müəllim-valideyn əməkdaşlığının qurulmasıdır.
Tədbirdə şirkətin “Kaspi Abituriyent” kursları, Kaspi liseyləri və digər xidmətlərinin nəticələri haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında “Kaspi”nin məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olublar.
Ümumilikdə isə “Kaspi Abituriyent” kurslarının ali məktəblərə qəbul nəticəsi 96 faiz təşkil edib. Belə ki, 26 abituriyent qəbul imtahanlarında 600-dən, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən yuxarı bal toplayıb.
Bakı, Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərən “Kaspi” artıq regionlarda da (Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Ağcabədi, Bərdə, Mingəçevir, Quba, Xırdalan, Saray və Bakıxanov və s.) nümayəndəliklərini yaradıb.
Vurğulanıb ki, hazırda “Kaspi”nin məzunları Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərində uğurla təhsil alırlar.
“Kaspi” Təhsil Şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra “Kaspi”nin filiallarının direktorları Rəsul Ağayev, Rövşən Abbasov abituriyent hazırlığında builki nəticələrdən bəhs edib, təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
“Kaspi” liseyinin direktoru vəzifəsini icra edən Məhəmməd Nağıyev bildirib ki, liseylərin orta bal göstəricisi 540 bal olub. Liseylərin digər uğuru isə builki buraxılış imtahanlarında respublikada bütün özəl məktəblər arasında birinci yerə çıxmasıdır.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıblar.
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

