Bu il Tərtərdə 40 min tondan çox şəkər çuğunduru istehsalı proqnozlaşdırılır
08.09.2018 [10:13]
Ötən il şəkər çuğundurunun hər hektarından əldə edilən məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci olub
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun iqlimi və torpaqları şəkər çuğunduru becərmək üçün olduqca əlverişlidir. Tərtərli fermerlər bu texniki bitkini becərməklə yüksək məhsuldarlığa nail olur və gəlir əldə edirlər. Rayonda şəkər çuğundurunun becərilməsinə 1990-cı illərdə başlanılsa da, 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər. Həmin vaxtdan etibarən şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin sayı çoxalıb. Prezident İlham Əliyev tərəfindən ötən il aprelin 4-də “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərman imzalanması bu sahəyə marağı daha da artırıb. Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödənilir.
Mehman Babayev qeyd edib ki, 2017-ci ildə şəkər çuğunduru bitkisinin hər hektarından əldə olunan məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci yerdə olub. Bu il rayonda 859 hektarda şəkər çuğunduru becərilib. Düzgün aqrotexniki qulluq sayəsində sahələrdə bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Bu günədək 5500 ton məhsul yığılaraq, İmişli Şəkər Zavoduna təhvil verilib. Cari ildə rayonda 40 min tondan çox şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır.
“Azərsun Holdinq” şirkətinin Tərtər və Ağdam bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibov bildirib ki, holdinq fermerlərin şəkər çuğunduru istehsalına marağını artırmaq üçün bir sıra stimullaşdırıcı tədbirləri həyata keçirir. Bu il Tərtər rayonu üzrə 333 fermerlə şəkər çuğunduru becərilməsi üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, torpaqların şumlanmasını, gübrə, toxum və aqreqatlarla təminatını şirkət həyata keçirir. Çuğundurun becərilməsi üçün fermerlərə hər hektara görə 100 manat ödənilir. Şəkər çuğunduru əkilən bütün sahələr sığorta şirkətləri tərəfindən sığortalanır. Sığortanın 50 faizini şirkət öz üzərinə götürür. Becərmə zamanı şirkətin aqronomları aqrotexniki tədbirlərin düzgün aparılması üçün fermerlərə lazımi məsləhətlər verir. Bundan başqa, sahələrdən yığılmış məhsulun maşınlara yüklənib İmişli Şəkər Zavoduna daşınması xərcini də şirkət həyata keçirir. Çuğundurun qiyməti isə tərkibində olan şəkərin miqdarından asılı olaraq hər tonu 53-75 manat olmaqla dəyişir. Çuğundurun tərkibində şəkərin miqdarı 14 faizdən artıq olduqda əlavə 3 manat da ödənilir. Hazırda yığılan məhsulun şəkərliliyi 15 faizdir ki, bu göstərici ilə hər tonun qiyməti orta hesabla 66 manatla hesablanır. Fermerlər məhsulu təhvil verdikdən iki iş həftəsi ərzində pullarını alırlar.
Rayonun Qaynaq kənd sakini Zaur Qaraşov şəkər çuğunduru becərilməsindən gəlir əldə etdiyinə görə bu bitkinin əkin sahələrini genişləndirib. “Ötən il 7 hektarda şəkər çuğunduru becərdim. Bütün aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsuldarlıq yüksək oldu. Sahələrdən 405 ton məhsul götürdük, yaxşı gəlir əldə etdik. Odur ki, bu il şəkər çuğunduru əkinlərini 12 hektara çatdırdım. Bu il də sahələrdə məhsulumuz boldur. 600 tondan yuxarı məhsul gözləyirik. Yaxın günlərdə şəkər çuğundurunun yığımına başlayacağıq”, - deyə fermer bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

