Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər üçün yay məktəbinin açılışı olub
05.09.2018 [09:18]
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində sentyabrın 4-də Binəqədi Gənclər Evində Dayanıqlı İnkişaf Məqsədləri üzrə yay məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-dək davam edəcək yay məktəbinin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gəncliyinin inkişafında BMT İP-nin rolunu vurğulayıb. O, bu ilin may ayından etibarən daha iki il müddətinə davam etdirilməsinə qərar verilən “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin əsas istiqamətlərinin Azərbaycan gəncliyinin inkişaf imkanlarının genişləndirilməsi üçün zəruri sahələri əhatə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, layihə çərçivəsində seçiləcək və keçdiyimiz günlərdə elanı verilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə “Gənc səfirlər” təşəbbüsünün əhəmiyyətindən bəhs edən İ.Babayev bu təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün gənclərin yaxından iştirakının təmini yönündə ən nümunəvi addımlardan olduğunu bildirib.
Yay məktəbinin açılış mərasimində iştirak edən BMT İP-nin Azərbaycan ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti təmsil etdiyi qurum ilə Gənclər və İdman Nazirliyinin bu günə qədər icra etdiyi layihələr nəticəsində əldə olunan uğurlardan söz açıb. A.Frakassetti BMT İP-nin ölkə gənclərinin qlobal çağırışlara dayanıqlılığının möhkəmləndirilməsi və milli inkişaf gündəliyində yer alan məsələlərin reallaşdırılmasında onların bacarıqlarından səmərəli istifadə istiqamətində dövlət gənclər siyasətini yaxından dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, üç günlük yay məktəbinin birinci günündə Azərbaycanın BMT Modeli şəbəkəsinin və müxtəlif gənclər təşkilatlarının fəal nümayəndələrindən ibarət iştirakçı heyət layihə rəhbəri Məzahir Əfəndiyev tərəfindən keçiriləcək Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlimdə iştirak edəcəklər. Gənclər Dayanıqlı İnkişaf Məqsədləri və onların xüsusi hədəfləri, bu məqsədlərə nail olmaq istiqamətində gənclərin rolu, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılaraq milli miqyasda onların reallaşdırılması mövzularında maarifləndiriləcəklər. Gənclər təlimdən öyrəndikləri bilikləri yay məktəbinin növbəti iki günündə baş tutacaq “Milli miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üzrə azərbaycanlı gənclərin rolu” üzrə yekun sənədin hazırlanmasında və Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun simulyasiyasına həsr olunmuş sessiyalarda tətbiq etmək imkanı qazanacaqlar.
Eyni zamanda, yay məktəbinin ikinci günündə Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində BMT Könüllülər Proqramı və onlayn könüllülük prinsipləri haqqında təqdimat keçiriləcək.
Qeyd edək ki, qlobal məqsədlər kimi də tanınan Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ilin sentyabrında BMT Baş Assambleyası tərəfindən qəbul olunub. Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə reallaşdırılması istiqamətində dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının səmərəli əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

