/ / Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
19.07.2018 [09:43]
İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, KİV-lərin və müxtəlif media qurumlarının nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak etdikləri tədbir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.
MEK-in direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara fərdilik, inkişaf və peşəkarlıqla yanaşı, informasiya şansı və qələm azadlığı arzu edib. L.İmanova MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, akademik kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, “təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi təkliflər səsləndirib. O, MEK tərəfindən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilməsindən bəhs edib.
Sonra MEK-in əməkdaşları tərəfindən “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda təqdimat keçirilib, kitabxananın müxtəlif şöbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələri barədə məlumat verilib. Sərbəst elektron resurslarla iş, beynəlxalq və ictimaiyyətlə əlaqələr, innovativ layihələr, informasiya resurslarına nəzarət və əlaqələndirmə şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən və müasir vəziyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, nəinki respublikamızın, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. Qeyd olunub ki, Azərbaycan mediası hər zaman ölkədə ictimai-siyasi hadisələrdə, cəmiyyətdə sabitliyin qorunmasında, ictimai rəyin düzgün yönəldilməsində yaxından iştirak edirlər.
M.Ələsgərli deyib: “Ölkəmizdə medianın inkişafına göstərilən dövlət qayğısı artıq ənənəvi hal alıb. Azərbaycan yeganə ölkədir ki, burada KİV-lərin inkişafı üçün xüsusi dövlət konsepsiyası fəaliyyət göstərir. Bu konsepsiyaya uyğun olaraq medianın inkişafı üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır”.
Müşfiq Ələsgərli kitabxananın fəaliyyətini yüksək dəyərləndirib, Mətbuat Şurasının hər zaman MEK ilə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan danışıb.
Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın bir illik oxucu kartı təqdim edilib.
Çıxış edən jurnalistlər MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, kitabxana ilə əməkdaşlığın daha da sıx qurulmasının vacibliyini vurğulayıblar. MEK tərəfindən jurnalistlər üçün yaradılan şəraitə və diqqətə görə təşəkkürlərini bildiriblər.
Tədbirdə kitabxananın media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsi barədə məlumat verilib. Bildirilib ki, MEK Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüslə çıxış edir. MEK Azərbaycan dövlətçiliyi maraqları baxımından strateji hədəfi olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda, milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini (milli maarifçilik, Azərbaycan dilinin və milli əxlaq kodeksinin qorunması) təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Layihənin ilk mərhələsi 2018-ci il sentyabrın 1-dən noyabrın 30-dək davam edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

