Tərtərdə dini radikalizmlə mübarizəyə dair keçirilən ikigünlük seminar-müşavirə başa çatıb
18.07.2018 [09:36]
İyulun 17-də Tərtərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə işini yekunlaşdırıb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirənin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.
Sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, dini radikalizmlə mübarizə bütün ölkə boyu, xüsusilə də düşmənlə təmas nöqtəsində yerləşən Tərtər rayonunda çox böyük həssaslıqla həyata keçirilir. Prezident İlham Əliyevin dinə və dindarlara yüksək diqqət və qayğısı, respublikamızda görülən genişmiqyaslı işlər, dövlətimizin beynəlxalq arenadakı nüfuzunun sürətlə artması bəzi maraqlı dairələri narahat edir. Bu səbəbdən zaman-zaman Azərbaycanda terror, qarışıqlıq, xaos törətmək cəhdlərini görürük. Gəncədə baş verənlər bunun əyani sübutudur. Ancaq həm cəmiyyətimiz, həm də dövlətimizin rəhbərliyi təxirəsalınmaz tədbirlər həyata keçirərək bəd niyyətin baş tutmamasına nail oldu. Azərbaycan gücləndikcə belə təzyiqlərin, böhtan kampaniyalarının və s. olacağı şübhəsizdir. Buna görə də hamımız diqqətli olmalı və din pərdəsi altında gizlənərək öz niyyətlərini həyata keçirmək istəyənləri birlikdə ifşa etməliyik.
Azərbaycanın tarixən sahib olduğu tolerant və multikultural dəyərlərdən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyəsində milli mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu deyib. Qeyd edib ki, milli mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında əsas lokomotivlərdəndir və Ulu öndər Heydər Əliyev də məhz bu səbəbdən həmin dəyərlərin qorunub saxlanılmasını, gələcək nəsillərə sağlam şəkildə ötürülməsini istəyirdi. Onun əsasını qoyduğu bu işlər bu gün Prezident İlham Əliyevin uzaqgörən, dərin təhlillərə əsaslanan siyasəti sayəsində reallığa çevrilməkdədir. Əlbəttə, ölkəmizin qazandığı uğurlar beynəlxalq arenada bizi istəməyən qüvvələri, erməniləri, onların havadarlarını qıcıqlandırır. Hətta bəzən deyirlər, necə ola bilər ki, bir ölkə ərazisinin 20 faizi işğal altında olduğu halda bu qədər inkişaf edir, dini-etnik müxtəlifliyə baxmayaraq, heç bir qarşıdurma, ayrı-seçkilik yaşanmır. Bu səbəbdən sahib olduğumuz tolerant və multikultural dəyərlərimizə, sabitliyimizə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxmağa çalışırlar. Ancaq unutduqları bir şey var: Azərbaycan artıq onların bir vaxtlar gördükləri humanitar yardıma ehtiyacı olan, zəif ölkə deyil. Əksinə, indi Azərbaycan özü başqa ölkələrə yardımlar edir, sərmayələr yatırır. Ona görə də həmin xarici dairələrin cəhdləri uğursuzluğa məhkumdur və uğursuzluqlarının davam etməsi üçün bundan sonra da biz Azərbaycan Prezidentinin siyasətini dəstəkləməli, bu siyasətin qüsursuz şəkildə icrasına çalışmalıyıq.
Komitə sədrinin birinci müavini dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi meyillərin təsiri altına düşməmək üçün gənclərə elm və təhsilə daha çox diqqət və vaxt ayırmağı tövsiyə edib.
Tərtər şəhər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının yüksək səviyyədə hiss edildiyini, dindarların da bu diqqət və qayğının müqabilində dövlətimizin başçısının yürütdüyü siyasəti dəstəkləməli olduğunu bildirib. Qeyd edib ki, İslam dini terror dini deyil, ancaq bu yaxınlarda bəzi qruplar müsəlman kimliyi altında Gəncədə terror hadisələri törədiblər. Onların hərəkətlərinin nə İslamla, nə hər hansı dinlə, nə də əxlaqla əlaqəsi var. İmam müavini gəncləri dini radikal dairələrin tələsinə düşməməyə, bu cür fitnələrə uyanlara qarşı mübarizədə ayıq-sayıq olmağa çağırıb.
Sonra çıxış edən DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev dini radikalizm, onun yaranma səbəbləri, dini radikal cərəyanların təbliğat metodları haqqında məlumat verib. Dini radikalizmlə mübarizədən də danışan O.Maşayev bildirib ki, müasir dövrdə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır. Qeyd edilib ki, bunun üçün din gənclərə olduğu kimi izah edilməli, onlara milli mənəvi dəyərlərə hörmət etmək aşılanmalıdır.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09

