/ / Elhadc As Si: Məcburi köçkünlərlə bağlı layihələrin bundan sonra da həyata keçirilməsində maraqlıyıq
Elhadc As Si: Məcburi köçkünlərlə bağlı layihələrin bundan sonra da həyata keçirilməsində maraqlıyıq
05.07.2018 [09:15]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Sinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və davam edən işğalçılıq siyasəti nəticəsində yaranmış humanitar problemlər, o cümlədən doğma torpaqlarından didərgin salınmış 1 milyon 200 min azərbaycanlının ağır məhrumiyyətlərlə üzləşməsi barədə ətraflı məlumat verilib.
Görüşdə qaçqınların və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli ilə bağlı Azərbaycan dövlətinin daxili imkanlar hesabına zəruri tədbirlər həyata keçirdiyi bildirilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş apardığı vurğulanıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki mühüm və təxirəsalınmaz layihələrin icrasını daim diqqətdə saxladığı qeyd edilib.
Dövlət komitəsinin sədri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycana yenicə müstəqillik qazandığı dövrdə, ən çətin vaxtlarda böyük diqqət yetirdiyini, vaxtilə çadır düşərgələrində məcburi köçkünlərə zəruri humanitar yardım göstərdiyini vurğulayıb, təşkilatın həyata keçirdiyi fəaliyyətə görə təşəkkür edib.
Qeyd edilib ki, Federasiya ilə Azərbaycan hökuməti arasında yeni imzalanmış Memorandum qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait yaradacaq.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Si təmsil etdiyi qurumla Azərbaycan dövləti arasında əməkdaşlığı yüksək qiymətləndirib, məcburi köçkünlərlə bağlı layihələrin bundan sonra da həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdən sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub. Sonra jurnalistlər üçün brifinq təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

