Əməkdar elm xadimi Lidiya Mixaylovna Qranovskaya şəxsi kitabxanasını ADU-ya hədiyyə edib
29.06.2018 [09:56]
İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus olan 10 cildlik “İstoriə XIX veka” və 65 cildlik “Bolğşaə Sovetskaə Gnüiklopediə: İstoriə do Kambiform” və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla L.M.Qranovskayanın gənclik illərində böyük həvəs və enerji ilə çalışdığının şahidi olduğunu söyləyib: “Lidiya Mixaylovna SSRİ dövründə müxtəlif elm mərkəzlərində, konfranslarda çıxışları ilə həm özünün elmi adını, həm də Azərbaycan elmini yüksəkliklərə qaldıran şəxsiyyət olub. Onun bir çox xarici ölkələrdə dəfələrlə məqalələri çap olunub. L.Mixaylovna ədəbiyyatşünaslığın çox maraqlı sahəsi ilə məşğul olur”.
K.Abdulla Prezident İlham Əliyevin onu yüksək elmi ada layiq görməsinin də təsadüfi olmadığını vurğulayıb: “Bu, onun zəhmətinə, əməyinə verilmiş ən yüksək qiymətdir”.
Rektor K.Abdulla L.M.Qranovskayanın zəngin kitabxanası olduğunu və şəxsi kitabxanasına məxsus bu kitabları ADU-ya bağışladığını bildirib. Rektor K.Abdulla qonağa bu addımına görə təşəkkürünü bildirib və yüksək qiymətləndirib. K.Abdulla L.M.Qranovskayaya universitetin simvolik hədiyyələrini və özünün müəllifliyi ilə yenicə çapdan çıxmış “Azərbaycan tərcümə ensiklopediyası” kitabını təqdim edib.
L.M.Qranovskaya rektor Kamal Abdullaya göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib. Bunun başlanğıc olduğunu diqqətə çatdıran L.M.Qranovskaya tələbələrə həmişə kitabın lazım olacağını söyləyib. ADU-ya hədiyyə etdiyi nəşrlərin çox qiymətli olduğunu söyləyən L.M.Qranovskaya bu kitabların universitetin kitabxanasının bir hissəsi olacağından məmnun olduğunu bildirib.
Görüşdə ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Rusiyaşünaslıq Elmi tədqiqat laboratiyasının müdiri professor Məmməd Əliyev, tələbələrin adından isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahin Sərdarlı L.M.Qranovskayanın hədiyyə etdiyi kitabların ADU kitabxanası üçün çox dəyərli sərvət olduğunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42

