“Ruhun həsrəti” filminin təqdimatı olub
28.06.2018 [09:54]
Müasir hərb tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanı - şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımın titrək səsi və nisgilli xatirələri hər kəsdə kövrək duyğular oyadır. Munis bir sevginin təsirli ifadəsini igid kəşfiyyatçını hərbçi və vətəndaş, dost və sirdaş kimi yaxından tanıyan müxtəlif insanların söhbətləri əvəz edir. Ancaq onlar da özlərini nə qədər toxtaq tutmağa çalışsalar da, bu, bəzən mümkün olmur. Şərəfli zabit ömrü yaşayan və canını Vətən uğrunda qurban verən Raquf Orucovun döyüş və qəhrəmanlıq yolu, torpağa sədaqəti onu tanıyan hər kəsin qəlbini iftixar hissi ilə doldursa da, itkisi ürəkləri göynədir...
AZƏRTAC xəbər verir ki, Aprel döyüşlərində böyük şücaətlər göstərmiş Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimi məhz belə məqamları ilə yadda qalıb.
Filmdə şəhid kəşfiyyat komandirinin həyat yoldaşı, ailə üzvləri, döyüş yoldaşları, həmkəndliləri və tanınmış ziyalıların xatirələri əks olunub, kadrlar bir-birini əvəz etdikcə onun keçdiyi həyat və döyüş yolu ilə bağlı səhnələr, epizodlar, xatirələr göz önündə canlanıb.
Təqdimat mərasimini açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yeni ekran əsərinin “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən növbəti film olduğunu bildirib, “Murov qartalı” kimi tanınan kəşfiyyatçı Raquf Orucovun mübariz və qorxmaz keyfiyyətləri barədə danışıb.
Filmin nümayişindən sonra çıxış edən Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Vətəni canından artıq sevən qəhrəmanın xatirəsinin hər cür hörmət və ehtirama layiq olduğunu bildirib, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək hesab etdiyini söyləyib.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, gənc nəsil Vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən Raquf Orucovu yaxından tanımalıdır. Təqdimatı keçirilən film bu baxımdan xüsusi önəmə malikdir.
Milli Məclisin deputatları Sona Əliyeva və Aqil Abbas Aprel döyüşlərinin Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı altında qoymayacağını sübut etdiyini bildirib, Raquf Orucov kimi oğullarımızın qəhrəmanlığının bu inam hissini daha da gücləndirdiyini qeyd ediblər.
Professor Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, jurnalistlər Aynur Camalqızı, Aida Eyvazlı, Zaur Əhməd və başqaları filmin gənc nəslə aşılayacağı vətənpərvərlik hissi barədə danışıblar.
Şəhid polkovnik-leytenantın qardaşı Zabil Orucov “Veysəloğlu” şirkətlər qrupunun təşəbbüsü ilə hazırlanan filmin təqdimatında iştirak edənlərə təşəkkür edib.
“Ruhun həsrəti” filminin ssenari müəllifi Sevinc Orucova, layihənin rəhbərləri Əflatun Amaşov və Bəxtiyar Qaracadır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

