/ / 2018-ci ilin ikinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunub
2018-ci ilin ikinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunub
06.06.2018 [09:23]
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, iclasda Fondun jurnalist təşkilatları üçün “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında elan etdiyi müsabiqəyə təqdim olunmuş sənədlər, həmçinin 2018-ci ilin ikinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı müzakirə və təsdiq ediləcək.
Gündəlikdəki birinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mediada ədəbi dilin normalarının qorunması məqsədilə Fondun 2018-ci il mayın 4-də jurnalist təşkilatları üçün ənənəvi olaraq “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması” və “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan etdiyini xatırladıb. O, mayın 22-dək davam etmiş müsabiqəyə 4 ictimai təşkilatın - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı, Elektron Mediaya Yardım Fondu və Media və Mülki Cəmiyyət İctimai Birliyinin layihə sənədləri təqdim etdiklərini bildirib.
Sonra müsabiqəyə təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov və Ayaz Mirzəyev mediada ədəbi dilin tələblərinin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə jurnalist təşkilatları üçün elan edilmiş müsabiqənin əhəmiyyətini önə çəkiblər.
Şura üzvləri Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondunun təqdim etdikləri sənədlərin qaydasında olduğunu, onların maddi-texniki bazalarının tələblərə cavab verdiyini, habelə çoxillik təcrübələrini xüsusi vurğulayıb, onların layihə təkliflərini daha üstün dəyərləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması” istiqaməti üzrə layihənin uğurlu icrası baxımından Azərbaycan Mətbuat Şurasının maddi-texniki bazası, kadr potensialı və təcrübəsi Media və Mülki Cəmiyyət İctimai Birliyi ilə müqayisədə daha yüksəkdir.
Müzakirələrin yekununda müsabiqəyə sənəd təqdim etmiş 4 təşkilatdan 3-nün - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondu İctimai Birliyinin müsabiqənin qalibləri elan edilməsi, onların hər birinə 2 mərhələdə (hər dəfə 10.000 min manat) 20.000 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub.
İclasın gündəliyindəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2018-ci ilin ikinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin ənənəvi olaraq “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi təklif olunur. O, 2018-ci il iyunun 6-dan 25-dək keçirilməsi planlaşdırılan müsabiqənin elanında hər hansı əlavə və dəyişikliklərin nəzərdə tutulmadığını bildirib.
Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov və Ayaz Mirzəyev Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxSosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33

