/ / Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir
Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir
19.05.2018 [09:02]
Bolqarıstanın BTV televiziyasının əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədilə Tərtər rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətində olan xarici jurnalistlərə erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Həmçinin dinc sakinlər arasında xəsarətalma və ölüm hallarına səbəb olur. Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi axınına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.
Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir. Bu isə kənd təsərrüfatı işlərində çətinliklər yaradır. Düşmən qış fəslində isə suyu açmaqla, əkin sahələrini və yaşayış məntəqələrini su altında qoyur. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır.
Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.
Sonra media nümayəndələri rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndlərində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və dövlətimizin başçısının Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıb, çəkilişlər ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

