Azərbaycanın yeni iqtisadi modelinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
03.05.2018 [14:57]
Mayın 3-də Bakı Biznes Universitetində (BBU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın tanınmış iqtisadçı alimləri ilə yanaşı, altı ölkənin doqquz ali təhsil müəssisəsindən alim və mütəxəssislər iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Plenar iclasda BBU-nun rektoru, professor İbad Abbasov bildirib ki, konfransın keçirilməsinin məqsədi iqtisadçı alimlərin, ictimai xadimlərin, investorların və digər maraqlı tərəflərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq və tövsiyələr hazırlamaqdır. Konfransda Azərbaycan Xalq Cümhuriyyəti dövründə coğrafi-iqtisadi inkişaf şəraiti və maddi-mənəvi dəyərlərin strategiyası, iqtisadi münasibətlərin formalaşması, Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və digər təxirəsalınmaz məsələlərin müzakirəsi nəzərdə tutulub. “Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilməsi təsadüfi deyil, çünki onların hər ikisi xalqımız üçün çox əzizdir”, - deyə rektor bildirib.
İ.Abbasov AXC və müasir Azərbaycanın oxşar və fərqli cəhətlərindən danışıb. Vurğulanıb ki, AXC cəmi 23 ay yaşasa da, ötən il müasir Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyi qeyd olunub. Bu, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar edilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrildiyini deyən İ.Abbasov xalqımızın milli ideya ətrafında birləşməsi, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyini bildirib.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “XXI əsrin birinci yarısında Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası barədə düşüncələr” mövzusunda məruzəsi dinlənilib. Z.Səmədzadə məruzəsində ulu öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndə respublikamız keçmiş SSRİ-də axırıncı yeri tuturdu. Ulu öndər Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxtda sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Nəticədə 1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının və kənd təsərrüfatının ümumi məhsulunun artımına görə SSRİ-də birinci yerə çıxdı. Akademik bildirib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilib, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşıb. Bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynayıb.
Z.Səmədzadə müasir müstəqil Azərbaycanın yeni iqtisadi modelinin yaradılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
“Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Akif Musayev AXC-nin apardığı iqtisadi islahatlardan söz açıb, sosial ədalətin istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsilə bərqərar edildiyini deyib. Qeyd edilib ki, mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazanıb. Neft sənayesi ağır vəziyyətdən çıxarılıb, xaricdə yüksəkixtisaslı milli iqtisadçı kadrların hazırlanması sahəsində işlər yoluna qoyulub. Azərbaycan Dövlət Bankı yaradılıb, milli pul nişanları buraxılıb, Bakı Universiteti və bir çox ibtidai məktəblər açılıb. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - “Bakı bonları” buraxıldı. O vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi. “AXC parlamentinin tərkibində bir nəfər də olsun peşəkar iqtisadçı yox idi. Buna baxmayaraq, parlamentin qəbul etdiyi 270 qanundan 23-ü iqtisadiyyatla bağlı olub”, - deyə A.Musayev bildirib.
AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Əli Nuriyev, Bakı Biznes Universitetinin kafedra müdiri, professor İslam İbrahimov, həmçinin Rusiya, İtaliya, Litva, Serbiya, Ukrayna, Gürcüstan və digər ölkələrdən gələn tanınmış iqtisadçı alimlər mövzuya dair məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25

