/ / “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda elmi konfransı keçirilib
“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda elmi konfransı keçirilib
02.05.2018 [09:19]
Səbail rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil sahələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, konfransda Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildə gördüyü işlər və əldə olunan nailiyyətlərdən danışıb. E.Əzizov deyib: “Bəşər tarixində çox az insan var ki, onların həyat və fəaliyyətləri bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, dahi rəhbər Heydər Əliyevdir. Ulu öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılmasıdır. Bu gün birmənalı şəkildə demək olar ki, Ümummilli lider Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı”.
E.Əzizov vurğulayıb ki, Ulu öndərin ölməz ideyalarını, siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir. Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayır.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Ulu öndərin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçısıdır.
Konfransda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında məruzələri dinlənilib.
Sonra konfransın bölmə iclasında məruzələr dinlənilib, müzakirələr aparılıb. Universitetin müəllimləri Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı çıxış ediblər.
Sonda konfrans iştirakçıları adından bəyanat qəbul olunub.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

