/ / Dünya Şahmat Federasiyasının vitse-prezidenti: Naxçıvan beynəlxalq turnirlərin keçirilməsi üçün gözəl məkandır
Dünya Şahmat Federasiyasının vitse-prezidenti: Naxçıvan beynəlxalq turnirlərin keçirilməsi üçün gözəl məkandır
02.05.2018 [09:15]
Dünya Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində keçirilən “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etmək üçün muxtar respublikaya gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Nümayəndə heyəti Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən Uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğurlar qazanan gənc şahmatçılarla görüşüblər.
Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə maraqlanan qonaqlara məlumat verilib ki, Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən də müraciətlər olur.
Duz Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan Naxçıvan Duz Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, milli-mədəni dəyərlərinin qorunub yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qonaqlar, həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksləri ilə də tanış olub, Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzinin fəaliyyəti ilə maraqlanıblar.
Naxçıvan Şəhər Şahmat Mərkəzində yaradılan şərait nümayəndə heyətində xoş təəssürat yaradıb. Bildirilib ki, 2009-cu ildə fəaliyyətə başlayan mərkəz ötən dövr ərzində gənc zəka sahiblərinin yetişməsində, uşaqlar arasında bu idman növünə marağın artırılmasında mühüm rol oynayıb.
Gülkız Tülay AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində səfərinin məqsədi və təəssüratları barədə danışaraq deyib: “Məqsədimiz Naxçıvanda fəaliyyət göstərən şahmat məktəbləri ilə yaxından tanış olmaq, “Naxçıvan - 2018” Beynəlxalq Şahmat Festivalının açılışında iştirak etmək və gələcəkdə bu idman növü üzrə həm Türkiyədə, həm də Naxçıvanda keçiriləcək yarışlarda idmançıların iştirakını təmin etmək üçün birgə əməkdaşlığı daha da artırmaqdır. Muxtar respublikanın bir sıra şahmat məktəblərində olduq və gördük ki, Naxçıvanda şahmatın inkişafı, kütləviliyinin təmin edilməsi üçün böyük işlər görülüb. Təsadüfi deyil ki, muxtar respublika son illər bu idman növü üzrə beynəlxalq turnirlərin keçirilməsi üçün gözəl məkana çevrilib. Bütün bunlar Türkiyə dövlətini və türk xalqını ürəkdən sevindirir. İnanırıq ki, gələcəkdə bu idman növü üzrə birgə səylərimiz daha yüksək nəticələr verəcək”.
Qədim diyara səfər çərçivəsində muxtar respublikanın bir sıra tarixi abidələrini, mədəniyyət, səhiyyə müəssisələrini gəzdiyini, Naxçıvan Biznes Mərkəzinin fəaliyyəti ilə maraqlandığını qeyd edən Gülkız Tülay vurğulayıb ki, hər yerdə yüksək qonaqpərvərliklə qarşılanıblar.
Dünya Şahmat Federasiyasının vitse-prezidenti sonda deyib ki, muxtar respublikanın tarixiliyi, eyni zamanda, müasir görünüşü onu heyran edib. “Naxçıvanda olduğuma, bu qədim diyarla yaxından tanışlığıma çox sevindim. Bura gələcəkdə bir daha səfər etməyi düşünürəm”, - deyə Gülkız Tülay bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

