/ / Akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi geniş müzakirə edilib
Akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi geniş müzakirə edilib
01.05.2018 [09:23]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun elmi şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” sərlövhəli məqaləsi geniş müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərli (İmanov) akademik Ramiz Mehdiyevin məqaləsinin elmi ictimaiyyət üçün əhəmiyyətindən və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələrdən danışıb.
Sonra İqtisadiyyat İnstitutunun sənaye siyasəti və investisiya problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tofiq Hüseynov akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” sərlövhəli məqaləsi və İqtisadiyyat İnstitutunun qarşısında duran vəzifələr barədə məruzə ilə çıxış edib. Bildirilib ki, məqalədə Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri göstərilib və bütün sahələr geniş təhlil olunub. Ona görə də iqtisadçı alimlər tədqiqatlarında həmin strategiyanı əsas götürməli, elmi araşdırmalar yeni tələblərə uyğun aparılmalıdır.
Məruzəçi son illər İqtisadiyyat İnstitutunun gördüyü işlər, əldə etdiyi nailiyyətlər barədə danışıb, akademik Ramiz Mehdiyevin məqaləsində milli iqtisadiyyatın inkişafı sahəsində iqtisad elminin və iqtisadçıların qarşısında qoyduğu vəzifələrin aktuallığını vurğulayıb. Bu vəzifələri geniş təhlil edən professor T.Hüseynov Azərbaycan iqtisad elminə yüksək diqqət göstərdiyinə görə akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” sərlövhəli məqaləsində iqtisadi ideoloji təbliğatın milli maraqlarımıza uyğun olaraq qurulması üçün iqtisadçı alimlərin, müstəqil ekspertlərin iqtisadi problemlərin müzakirəsinə cəlb edilməsinin vacibliyini vurğulayaraq yazır: “Çox təəssüflər olsun ki, Azərbaycanın iqtisadi-elmi mühiti ilə iqtisadi yönümlü dövlət orqanları arasında böyük bir məsafə var. Bu məsafənin azaldılmasına cəhd göstərilməməsi bir çox hallarda iqtisadi-elmi potensialın kortəbii şəkildə siyasiləşməsinə gətirib çıxarır. Həyata keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakına şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alimlər ölkə ziyalılarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi islahatların təbliğində və həyata keçirilməsində əsas qüvvə kimi çıxış edirlər”. Akademikin bu fikirləri iqtisadçı alimlərin diqqətini xüsusilə çəkib.
Elmi şuranın iclasında da məhz bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. İclasda çıxış edənlər - AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Qorxmaz İmanov, Əli Nuriyev, Akif Musayev, habelə professor Rəna Sultanova ölkənin sosial-iqtisadi inkişafında iqtisadçı alimlərin və İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələr, iqtisadi-elmi mühitin müasir tələblərə və yeni çağırışlara cavab verməsi, iqtisadyönümlü dövlət orqanları ilə elmi-praktik müstəvidə əməkdaşlıq imkanları, institutda aparılan fundamental tədqiqatların Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərinə uyğunlaşdırılması kimi aktual məsələlər barəsində danışıblar.
Sonda həmin məsələlərə dair qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

