/ / Seçenov Universitetinin Bakı filialında akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib
Seçenov Universitetinin Bakı filialında akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib
01.05.2018 [09:19]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında (Seçenov Universiteti) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib.
Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva, İllinoysk universitetinin oftalmologiya kafedrasının müdiri, professor Mark Rozenblat, Münxen Texniki Universitetinin tibb fakültəsinin dekanı, professor Yurqen Qşvend iştirak ediblər.
Konfransın açılışında çıxış edən filialın rektoru Əziz Əliyev Azərbaycanda oftalmologiyanın inkişafında Zərifə Əliyevanın müstəsna xidmətlərini xatırladıb. Onun 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi uzun illər elmi-tədqiqat sahəsində məhsuldar fəaliyyətinin və böyük xidmətlərinin nəticəsi idi. Rektor, həmçinin Zərifə Əliyevanın elmi-pedaqoji kadrların hazırlanmasında, peşə fəaliyyəti ilə bağlı olan göz xəstəliklərinin tədqiqində və müalicəsində xidmətlərini vurğulayıb. “Peşə xəstəlikləri oftalmologiyası əsası Zərifə xanım tərəfindən qoyulan yeganə elmi istiqamət deyil. O, alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk tədqiqatçı və “İridodiaqnostikanın əsasları” adlı fundamental elmi əsərin müəlliflərindən biri idi”, - deyə professor Əziz Əliyev qeyd edib.
Professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsi haqqında da məlumat verib. Alim, qırtlağın çıxarılmasından sonra xəstəyə sərbəst danışmağa imkan verən xüsusi qurğunun tətbiqi praktikasını nümayiş etdirib. Üz şişinin bir neçə variantından danışan professor qeyd edib ki, vaxtında diaqnoz qoyulması və düzgün müalicə ağır fəsadların qarşısını alır.
Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva “Azərbaycanda müasir oftalmologiyanın inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, respublikanın sənaye müəssisələrində çalışan işçilərin peşə ilə bağlı görmə orqanının zədələnməsinin tədqiqi 1970-ci illərin əvvəlində Zərifə Əliyevanın elmi fəaliyyətinin yeni istiqaməti olub. Zərifə Əliyeva görmə orqanının peşə ilə bağlı patologiyası sahəsində bir sıra elmi əsərlərinə görə SSRİ Elmlər Akademiyasının M.Averbax mükafatına layiq görülüb. 2001-ci ildə Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna akademik Zərifə Əliyevanın adı verilib.
Həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti, Mərkəzin Gəncə və Masallıda mobil klinikaları və regional filialları haqqında məlumat verilib.
Sonra professor Əziz Əliyev konfrans iştirakçılarına xarici qonaqları - İllinoysk Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Mark Rozenblatı və Münxen Texniki Universitetinin tibb fakültəsinin dekanı, professor Yurqen Qşvendi təqdim edib. Onların iştirakı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə İllinoysk Universitetinin və Münxen Texniki Universitetinin tibb fakültələri arasında filialın tələbələrinin həmin universitetlərdə klinik rotasiya keçməsinə dair müqavilə imzalanıb.
Tədbir Mark Rozenblatın çıxışı ilə davam edib. O qeyd edib ki, İllinoysk Universitetinin tibb fakültəsi ilə Seçenov Universitetinin Bakı filialı arasında bağlanan müqavilə əməkdaşlığın genişləndirilməsi üçün əla bazadır və Bakı filialının tələbələrinə dünyanın ən yaxşı klinikalarında rotasiya keçmək üçün unikal imkan yaradır. Sonra professor Rozenblat gözün buynuz qişası, keratoplastika və keraprotezin implantasiyası haqqında məlumat verib. Bunların hamısının donor buynuz qişanın köməyilə həyata keçirildiyini bildirən professor slaydlar vasitəsilə buynuz qişanın köçürülməsi prosesini nümayiş etdirib.
Sonra çıxış edən professor Yurqen Qşvend Münxen Texniki Universitetinin tibb fakültəsi ilə Seçenov Universitetinin Bakı filialı arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edilib ki, filialın ilk tələbələri artıq Münxen universitetinin klinikasında olublar. Müxtəlif ixtisaslar üzrə klinik rotasiyalar tələbələrə dünyanın ən yaxşı universitetlərində zəngin klinik təcrübə keçməyə imkan verəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

