Pirallahıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
28.04.2018 [10:14]
Hər il aprelin 28-i ölkəmizdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının dəstəyi ilə təşkil olunmuş xatirə tədbirində rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, xəstəxana kollektivi iştirak ediblər.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, YAP Pirallahı rayon təşkilatının sədri, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Hikmət Şikarov akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verib. Bildirib ki, görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vurğulanıb. Bildirilib ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomaya, göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Daha sonra 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov, YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva və başqaları akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qeyd edilib ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, Ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

