Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

26.04.2018 [09:10]

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycan hərtərəfli sürətli sosial-iqtisadi inkişafa nail olub, paytaxtın və regionların siması əhəmiyyətli dərəcədə dəyişib. Heç şübhəsiz, rifah və tərəqqi Bakı şəhərinin rayon və kəndlərindən, o cümlədən Suraxanı rayonundan da yan keçməyib. Dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkənin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib.
210,5 mindən artıq sakinin yaşadığı, 60-a yaxın sənaye müəssisəsinin fəaliyyət göstərdiyi və qədim Atəşgah məbədinin yerləşdiyi Suraxanı rayonu Bakı şəhərinin iqtisadi həyatında mühüm rol oynayan, eləcə də çoxlu sayda yerli və xarici turist cəlb edən rayonlardan biridir.
Suraxanı rayonunun ildən-ilə abadlaşması, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi, infrastrukturun yenilənməsi və iş yerlərinin çoxalması rayonda yaşayan və ya bölgəni mütəmadi ziyarət edən hər kəsin müşahidə etdiyi müsbət irəliləyişlərdir. Cari ilin əvvəlində Suraxanı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında səsləndirilən statistik göstəricilər və görülmüş işlər isə rayonun inkişafının təməlində dövlət qayğısının və böyük əməyin olduğunu təsdiqləyir.
Ölkə Prezidentinin tapşırıq və sərəncamlarından irəli gələn vəzifələrin planlı şəkildə icrası sayəsində 2017-ci ildə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb, orta aylıq əməkhaqqı 611 manat olub, əhaliyə 222,0 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb.
Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub.
2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən Prezident İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət mərkəzi”nin xüsusi avtobusları vasitəsilə 2017-ci ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib.
Hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi məişət qazı ilə, 96 faizi isə içməli su ilə təmin olunur.
Rayonda 20 “Nümunəvi abad məhəllə” salınıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsində abad məhəllənin salınması işləri davam etdirilir.
“Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsandakı “1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsindəki “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Həmçinin rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.
Ötən dövrdə Suraxanıda ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə neftlə çirklənən 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, həmin ərazilərdə qazon və ağaclar əkilib.
Ekoloji vəziyyətin yaxşılaşmasına mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Belə ki, hesabat dövründə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib.
Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə növbəti 12-ci işgüzar forum keçirilib, Hövsan qəsəbəsində yaradılmış zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit verilib.
Rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq məcburi köçkünlərin məskunlaşdığı bir sıra yataqxanaların dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.
Abadlaşan rayona turist axını da ildən-ilə artır. Ötən il “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu 30751 nəfər ziyarətçini qəbul edib. Bu da 2016-cı illə müqayisədə 27 faiz çoxdur.
Təqdirəlayiq haldır ki, Suraxanı rayonunun hərətərfli inkişafı, abadlaşması, əhalisinin yaşayış keyfiyyətinin artırılması istiqamətində işlər cari ildə də davam etdirilir. 2018-ci ilin birinci rübünün yekunlarına dair rayon İcra Hakimiyyətində keçirilən iclasda bəyan edilib ki, rayonda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub, orta aylıq əmək haqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.
Hesabat dövrü ərzində rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib. Yenidən qurulan yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir.
2018-ci ildə də rayonda su, kanalizasiya, qaz və elektrik xətlərinin çəkilişi davam etdirilib, elektrik yarımstansiyalarının binalarında cari təmir işləri aparılıb, abonentləri elektrik enerjisi ilə birbaşa təmin edən hava xətlərinin bir qismi təmir edilib.
Qış mövsümündə aidiyyəti qurumlar tərəfindən istilik sistemlərində təmir-bərpa işləri aparılıb, istilik sisteminə qoşulmuş 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunub.
Yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Qaraçuxur qəsəbəsində istismara yararsız ikimərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli iki yaşayış binasının tikintisinə başlanılıb və işlər davam etdirilir.
Parklarda, “Nümunəvi abad məhəllə”lərdə abadlaşdırma və bərpa-təmir işləri aparılıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilib.
Cari ildə Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılıb.
Rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 2,0 hektar olan müxtəlif ölçülü 32 gölməçə qurudulub, neftlə çirklənmiş 6,41 hektar torpaq sahəsi təmizlənib.
Suraxanı rayon Gənclər və İdman İdarəsi böyüməkdə olan gənc nəsli hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb şagirdlərini hərbi-idman və turizm oyunlarına cəlb etmək, onları ordu sıralarında xidmətə hazırlamaq, eləcə də kütləvi bədən tərbiyəsi və idman işlərini daha da inkişaf etdirmək məqsədi ilə yeniyetmə və gənclər arasında müxtəlif hərbi və idman oyunları üzrə yarışlar, hərbi hissələrdə əsgərlərlə görüşlər keçirib.
“Ölkəmizi tanıyaq” turaksiyası çərçivəsində martın 26-29-da rayonun 27 nümunəvi şagirdi Naxçıvan Muxtar Respublikasına səfər edib, Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri isə 17 və 28 mart tarixlərində Suraxanı rayonuna gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olublar.
Rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir.
2018-ci ilin 1-ci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində ünvanlı sosial yardımla bağlı qeydiyyatda olan vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilib, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilib, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, 46 nəfər müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilib, rayon Məşğulluq Mərkəzi 236 nəfəri işlə təmin edib, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunub.
Göründüyü kimi, Suraxanı rayonunun inkişafı istiqamətində həyata keçirilən fasiləsiz tədbirlər rayonun abadlaşması, sosial-iqtisadi irəliləyişə nail olması, əhalisinin rahat yaşayışının təmini baxımından böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının müəyyən etdiyi inkişaf strategiyasından irəli gələn vəzifə və tapşırıqların icrası sayəsində Suraxanı rayonu hazırda özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Zahid İlhamoğlu

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30