Nərimanov rayonunda bütün məntəqələrdə yüksək seçici fəallığı müşahidə edilib
12.04.2018 [11:04]
Dünən Azərbaycanın hər yerində olduğu kimi paytaxtın Nərimanov rayonunda da yüksək seçici fəallığı müşahidə edilib. Bunu rayondakı seçki məntəqələrində apardığımız müşahidələr də təsdiqləyir. Öz növbəsində qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Təmraz Tağıyev seçki günü rayonda, sözün əsl mənasında, bayram əhval-ruhiyyəsi yaşandığını vurğulayıb. Nərimanov rayonunda prezident seçkilərinə yüksək səviyyədə hazırlıq görüldüyünü diqqətə çatdıran T.Tağıyev deyib: “Rayonumuzun ərazisindəki 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 35 məntəqə fəaliyyət göstərir. Onlardan 10 məntəqədə veb-kameralar quraşdırılıb. Bəhs olunan dairə üzrə 45480 seçici qeydə alınıb. 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə təşkil olunan 33 məntəqədə 44319 seçicinin adı siyahılara daxil edilib. Bu dairə üzrə 9 məntəqədə veb-kameralar quraşdırılıb. 18 saylı Nərimanov-Nizami seçki dairəsində isə 16 məntəqə yaradılıb. 5 məntəqədə veb-kameralar quraşdırılıb. Bəhs olunan dairə üzrə Nərimanov rayonundan 20957 seçicinin adı siyahılara daxil edilib. Seçkiqabağı mərhələdə rayonda aparılan geniş maarifləndirmə işi seçicilərin əhval-ruhiyyəsinə öz müsbət təsirini göstərib”.
Elə baş çəkdiyimiz 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 30 saylı məntəqəsində də böyük qələbəlik yaşanırdı. Qəzetimizə açıqlama verən seçki məntəqəsinin sədri Mətanət Eyvazova dedi ki, bizim məntəqədə 1499 seçicinin adı siyahılara daxil edilib: “Məntəqədə seçicilərin öz iradələrini tam demokratik şəraitdə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Əsas odur ki, məntəqəyə gələn seçicilər yüksək əhval-ruhiyyə nümayiş etdirirlər. Aydın görünür ki, seçicilərdə vətənpərvərlik hissi yüksəkdir, onlar ölkəmizin gələcəyinin etibarlı əllərdə olmasını arzulayırlar”.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı seçki məntəqəsində də böyük izdiham var idi. Məntəqə seçki komissiyasının sədri Ərşad Məmmədov bildirdi ki, məntəqə üzrə 1377 seçicinin adı siyahılara daxil edilib: “Məntəqə seçki komissiyalarının üzvlərinin hər bir seçicinin müraciətinə həssaslıqla yanaşmalarını xüsusi nəzərə çatdırmaq istəyirəm”.
Öz növbəsində Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçi Elnarə Ocaqverdiyeva məntəqədə onlar üçün yaradılan şəraitdən razılıq bildirərək “Müşahidəçilər arasında müxtəlif partiyaları təmsil edən nümayəndələr, o cümlədən də müstəqil müşahidəçilər var. Müşahidəçilərin partiya mənsubiyyətindən asılı olmayaraq, hamıya eyni şərait yaradılması çox yaxşı haldır” - dedi.
19 saylı Nərimanov birinci seçki dairəsinin 7 saylı məntəqəsində də əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinin səsverməyə böyük həvəslə qatıldıqlarının şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Məhiyyəddin Həsənov dedi ki, məntəqədə 1304 seçicinin adı qeydə alınıb: “Hesab edirəm ki, 11 aprel prezident seçkiləri seçicilərin aktivliyi baxımından daha çox diqqəti cəlb edir. Məntəqə seçki komissiyasının bütün üzvləri üzərlərinə düşən vəzifənin öhdəsindən yüksək peşəkarlıqla gəlməyə çalışırlar”.
Məntəqədə həmsöhbət olduğumuz seçicilər də prosesin gedişindən razılıq bildirməklə yanaşı ölkənin gələcək inkişafına səs verdiklərini dedilər. Məsələn seçici Mətanət Abbasova bildirdi ki, prezident seçkiləri müstəqil Azərbaycanın həyatında çox əlamətdar hadisədir: “Biz 11 aprel seçkilərində fəal şəkildə iştirak etməklə ölkəmizin, xalqımızın taleyinə biganə qalmadığımızı nümayiş etdirdik. Biz istəyirik ki, dövlətimizin sükanı etibarlı əllərdə olsun, ölkədə inkişaf davam etsin, əmin-amanlıq gələcəkdə də qorunub saxlansın. Hesab edirəm ki, bunun təminatçısı İlham Əliyevdir”.
Nərimanov rayonunda digər seçki məntəqələrində də oxşar mənzərələrin şahidi olduq. Öz növbəsində Nərimanov rayonunda çoxsaylı seçki məntəqələrində seçkilərin gedişini izləyən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ayrı-ayrı məntəqələrdə müşahidə etdiyi seçki fəallığının önəminə diqqət çəkərək bildirdi: “Hər bir seçkinin necə keçdiyini qiymətləndirmək üçün, ilk növbədə, seçici fəallığına və seçicilərin öz münasibətlərini müstəqil formada ifadə edə bilmə imkanlarına diqqət yetirmək lazımdır. 11 aprel 2018-ci ildə baş tutan prezident seçkilərində biz seçici fəallığının çox yüksək olduğuna şahidlik etdik. Eyni zamanda, açıq və şəffaf formada hər bir seçici öz vətəndaşlıq mövqeyini azad şəkildə ifadə etdi. Bu, çox mühüm məsələdir və əslində, seçkinin necə keçirildiyini qiymətləndirmək üçün yetərlidir. Deməli, 11 aprel seçkiləri Azərbaycanın ən yeni siyasi tarixinə azad və demokratik seçki kimi düşdü. Ancaq biz bilirik ki, seçki həm də siyasi mədəniyyət və hüquq hadisəsidir. Ona görə də bu məsələlərə də nəzər salmaq lazımdır. Artıq Azərbaycanda milli mental keyfiyyətlərimizə uyğun olaraq xüsusi siyasi mədəniyyət formalaşıb. Bu mədəniyyət heç də Qərbin bir sıra köklü demokratik cəmiyyətlərində olan siyasi mədəniyyətdən geri qalmır, hətta bəzi göstəricilərinə görə onu qabaqlayır. Məsələn, seçki fəallığı bu məsələdə mühüm nümunə kimi ortaya çıxır. Bu da onunla əlaqədardır ki, Azərbaycan xalqı nə qədər mürəkkəb geostrateji bir regionda yaşadığını bilir və regionu hansı qlobal təhlükələrin təhdid etdiyindən xəbərdardır. Siyasi fəal fərd dərk edir ki, belə çətin şərtlər içərisində Azərbaycanı hər hansı lider deyil, yalnız İlham Əliyev kimi təcrübəli, xüsusi siyasi məktəb keçmiş, dərin strateji biliklərə sahib və milli maraqlarımızı hər şeydən üstün tutmağı bacaran lider idarə edə bilər. Düşünürəm ki, seçki fəallığının bir səbəbi də elə budur”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

