Azərbaycan jurnalistlərinə 2018-ci il üçün “Beynəlxalq media vəsiqəsi” təqdim edilib
07.03.2018 [09:45]
Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni alan jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ qazanır. “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, - öncədən məlumat vermək şərti ilə, - BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, - deyə Müşfiq Ələsgərli bildirib.
M.Ələsgərli qeyd edib ki, BJF-nin riskli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risk yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risklərdən yayınmaq üçün istiqamət verir”.
Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlərə jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə hörmətlə yanaşmaq, BJF-nin yerli təmsilçi təşkilatı ilə sıx əməkdaşlıq etmək və s. daxildir.
2018-ci ildə “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluna, İTV-nin departament rəhbəri Anar Yusifoğluna, “Kaspi” qəzetinin əməkdaşı Xəyalə Məmmədovaya, Aznews.az xəbər portalının əməkdaşı Elgün Mənsimova, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəriyə, “Azərbaycan” qəzetinin müxbiri Məhərrəm Səfərliyə, “Kaspi” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədliyə, “Manevr.az” xəbər portalının əməkdaşı Zülfiyə Qurbanovaya, “The Business time” qəzetinin redaktoru Nəzirə Nurullayevaya və Əməkdar jurnalist Azər Həsrətə verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58

