AMEA-da tanınmış alman arxeoloqu ilə görüş keçirilib
02.03.2018 [09:52]
Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaniyanın Heydelberq Universitetinin professoru, tanınmış arxeoloq alim, doktor Harald Hauptmann və xanımı Salva Hauptmann ilə görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat, eləcə də Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları iştirak ediblər.
TÜİB-dən verilən məlumata görə, görüşün əhəmiyyətindən söz açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ikitərəfli əlaqələrin təşkilinin Türkiyə və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.
Son dövrlər AMEA-da həyata keçirilən kompleks islahatlar, prioritet istiqamətlərdə aparılan araşdırmalar haqqında məlumat verən İ.Həbibbəyli akademiyanın dünyanın ən nüfuzlu elm mərkəzlərindən biri olduğunu bildirib. O, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda qədim Azərbaycan tarixinin öyrənilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü, arxeoloji məktəbin formalaşdığını diqqətə çatdırıb.
Sonra akademik İ.Həbibbəyli almaniyalı professorun həyat və yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, Türkiyə türkcəsini mükəmməl bilən H.Hauptmann 1968-ci ildən başlayaraq uzun müddət Türkiyədə Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori və Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrünə aid Norşuntəpə Höyüğü məskənini tədqiq edən ekspedisiyaların rəhbəri olub, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq edib. Onun Anadolu, Yaxın Şərq, Pakistan və Yunanıstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiya elminin əsaslarını təşkil edir. H.Hauptmann Heydelberq Universitetinin professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.
Daha sonra H.Hauptmann “İctimai məişət və dini mərasim evləri Yaxın Şərqin neolitində (sivilizasiyanın başlanğıcı)” mövzusunda elmi məruzəsini təqdim edib. Alim çıxışında “Bərəkətli Hilal” zolağında, xüsusilə Anadolu ərazisindəki keramika istehsalına qədər və sonra qədim insanların əkinçilik, vəhşi heyvanların əhliləşdirilməsi və neolit dövründə dini inancların yaranması kimi məsələləri geniş şəkildə təhlil edib.
Tədbirdə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova H.Hauptmannı 70-ci illərdən bəri tanıdığını, onun zəngin elmi fəaliyyəti haqqında məlumatlı olduğunu vurğulayıb. İnstitut rəhbəri almaniyalı alimin məruzəsini yüksək qiymətləndirərək onu müvafiq sahələrdə birgə əməkdaşlığa dəvət edib.
Sonda H.Hauptmann sualları cavablandırıb.
Qeyd edək ki, almaniyalı arxeoloq Azərbaycana səfəri çərçivəsində AMEA-nın Rəyasət Heyətində və Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspozisiya şöbəsində də olub. H.Hauptmann azərbaycanlı həmkarları ilə neolit və xalkolit dövrü Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin əlaqələri, inkişaf xüsusiyyətləri və digər mövzulara dair müzakirələr aparıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

