Son 5 ildə Azərbaycanda internet tarifləri 7 dəfədən çox aşağı salınıb
02.09.2009 [09:23]
Məlum olduğu kimi, sentyabrın 1-dən etibarən respublikamızda internet xidmətləri üzrə tariflər təxminən 3 dəfə aşağı salınıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarına əsasən internet xidmətləri göstərən provayderlər istifadəçilər üçün qiymətləri aşağı salacaq. Bu isə ölkənin bütün bölgələrində ümumilikdə qiymətlərin bir neçə dəfə ucuzlaşmasına səbəb olacaq. Qeyd edək ki, ölkəmizdə internet xidmətlərinin qiymətlərinin endirilməsi ilə bağlı ötən illər ərzində bir sıra qərarlar qəbul edilib. Bu sahənin inkişafı və internet bazarında provayderlər arasında rəqabətin dərinləşməsi son nəticədə tariflərin aşağı salınması ilə nəticələnməkdədir. 2009-cu ilin əvvəlində Azərbaycanda genişzolaqlı internet xidmətləri üzrə qiymətlər 2 dəfə endirilib. Tariflərin endirilməsi internet bazarında canlanmanın daha da artmasına səbəb olub. Məsələn, bu ilin birinci yarısında genişzolaqlı internet istifadəçilərinin sayı 2 dəfəyə yaxın çoxalıb, eyni zamanda, regionlarda bu xidmətdən yararlananların sayı əhəmiyyətli dərəcədə artıb.
İnternet tariflərinin aşağı salınması ölkəmizdə bu xidmətdən istifadə edənlər üçün əlverişli şəraitin yaradılması kimi səciyyələndirilə bilər. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən provayderlər qiymətləri aşağı salmaqla bərabər, genişzolaqlı abunəçi şəbəkəsi avadanlıqları vasitəsilə şəbəkəyə yüksək sürətlə qoşulmanı da təmin etməli olacaqlar. Beləliklə, həm xidmətin çeşidi və səviyyəsi yaxşılaşmış olacaq, həm istifadəçilərin əhatə dairəsi genişlənəcək. RİTN-nin bu qərarı əhalini keyfiyyətli, fasiləsiz və ucuz internet xidmətləri ilə təmin etməklə yanaşı, həm də ölkəmizdə internet qiymətlərinin beynəlxalq səviyyəyə çatdırılması istiqamətində mühüm hadisə kimi dəyərləndirilə bilər.
ümumilikdə, rabitə sektorunda istər tarif siyasəti, istərsə də digər texnoloji vasitələrin tətbiqi ilə bağlı aparılan tədbirlər informasiya texnologiyaları sisteminin inkişafına əlverişli zəmin yaradır. Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsi, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsi istiqamətində mühüm addımlar atmaqdadır. ötən müddət ərzində elektron hökumətin yaradılması sahəsində əhəmiyyətli işlər həyata keçirilib. Bu gün respublikamız regionda qabaqcıl və yeni texnologiyalar tətbiq edən ölkə hesab olunur. Bu tədbirlərin nəticəsində İKT sektoru və internet bazarında əhəmiyyətli inkişaf tendensiyası müşahidə olunur. Son 5 ildə Azərbaycanda məlumat ötürmə bazarı 45 faizlik illik artım tempi ilə 6,3 dəfə artıb. Bu müddətdə internet qiymətləri 7 dəfə aşağı düşüb ki, bu da istifadəçilərin, xüsusilə də genişzolaqlı şəbəkə istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artmasına əlverişli zəmin yaradıb. Hazırda ölkə əhalisinin 40 faizi 10 Gb-lik beynəlxalq ötürmə zolağında internet xidmətləri ilə təmin olunub. Bu isə respublikamızda regionun hər hansı digər ölkəsində olan xidmətlərdən daha yüksək olmasını göstərir. ötən beş ildə informasiya-kommunikasiya texnologiyalarının illik artım tempi dünya inkişaf tempini 2,7 dəfə qabaqlayıb. Bu illər ərzində mobil abunəçilərin sayı 7 dəfə, intenet istifadəçilərinin sayı isə 10 dəfə çoxalıb və hazırda 1,5 milyon nəfərə çatıb. Azərbaycan hazırda hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə eyni sırada dayanır.
Əldə olunmuş nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da müsbət dəyərləndirilib. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanan “Qlobal İnformasiya Texnologiyaları üzrə hesabat”da Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutub. Bu, respublikamızın MDB ölkələri arasında aparıcı mövqeyə malik olduğunu təsdiqləyir. Eyni zamanda, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının ötən il tərtib etdiyi e-Hökumət təhlil-hesabatında Cənubi Qafqaz ölkələri arasında birinci yeri tutub.
İnkişaf etmiş ölkələr İKT-ni milli iqtisadiyyatın “qara qızılı” adlandırırlar. ABŞ, İsrail, Yaponiya kimi dövlətlərdə İKT üDM-in əsas bölmələrindən birini təşkil edir. Azərbaycanda simsiz texnologiyalar, peyk sistemləri, optik avadanlıqlar, internet və multimedia məhsulları bazarı hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir neçə ildən sonra ölkəmizdə Regional İnnovasiya Zonalarının yaradılması və ən qabaqcıl texnologiyaların tətbiqi İKT bölməsinin iqtisadiyyatın ən yüksək gəlir gətirən sahəsinə çevrilməsinə səbəb olacaq. Bu gün İKT sektoru hazırda Azərbaycan iqtisadiyyatında inkişaf sürətinə görə energetika sektorundan sonra ikinci yeri tutur. Proqnozlara görə, 2015-2020-ci illərdə İKT qeyri-neft sektorunun əsas bölməsinə çevriləcək.
Bir neçə ildən sonra İKT sektorunda dinamizm elə bir səviyyəyə çatacaq bu sahəni ikinci neft sektoru adlandırmaq mümkün olacaq. Proqnozlara görə, 2015-2020-ci illərdə informasiya-kommunikasiya sektorundan daxil olan valyuta neftdən əldə olunan gəlirlərə çata bilər. Təkcə, 2015-ci ildə bu sahədən 15-20 milyard dollar gəlir əldə edilməsi nəzərdə tutulur.
Bu gün respublikamızda “Aztelekom”, “Adanet”, “Avirtel”, “Azkom”, “Azəronlayn”, “Avirtel”, “Azevrotel”, “Aznet”, “Saspel”, “Delta Telekom”, “Ekstranet”, “Kaspian Telekom”, “Katel”, “Oksigen”, “Superollayn”, “Ultel”, “Ultra” və digər provayderlər fəaliyyət göstərir. ümumiyyətlə, Azərbaycanın internet bazarında 26 provayder fəaliyyət göstərir ki, bu da əlverşli investisiya mühitinin göstəricisi sayıla bilər. İnternet tariflərinin aşağı salınması onların qiymət siyasətinə öz mühüm təsirini göstərmiş olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

