Uzunömürlü, dinc və sağlam həyat sürmək üçün qida rasionumuza diqqət yetirməliyik
26.01.2018 [10:05]
Düzgün qidalanma insanın daxili sağlamlığı və zahiri görünüşünü yaxşılaşdırmaqla yanaşı, bir neçə yaş cavanlaşdırır
Havalar soyuduqca maddələr mübadiləsi zəifləyir, orqanizmin müqavimət qüvvəsi aşağı düşür, o cümlədən tər və yağ vəzilərinin aktivliyi azalır, yorğunluq və daim aclıq müşahidə olunur. Əgər uzunömürlü, dinc və sağlıqlı bir həyat sürmək istəyiriksə, ilk növbədə, sağlamlığın və gözəlliyin harmoniyası olan düzgün qidalanma qaydalarına riayət etməliyik. Bilirik ki, sağlam həyatın açarı elə düzgün qidalanmadır. Bir sözlə, gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Təsadüfi deyil ki, xəstəliklərin əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Bu məqsədlə “Yeni Azərbaycan” qəzeti olaraq bu sayımızdan etibarən peşəkar mütəxəssislərin də yardımı ilə oxucularımıza sağlam həyat haqqında bir sıra faydalı məlumatları təqdim edəcəyik.
Düzgün qidalanma cavanlaşdırır
Son aparılan tədqiqatlara görə, düzgün qidalanma insanın daxili sağlamlığı və zahiri görünüşünü yaxşılaşdırmaqla yanaşı, bir neçə yaş cavanlaşdırır. Odur ki, sağlam həyat tərzinin formalaşdırılması üçün, ilk növbədə, gündəlik qida rasionumuza zülallar, karbohidratlar və yağları daxil etməli, hər gün 2-3 litr çiy su içmə vərdişini özümüzdə formalaşdırmalıyıq. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək isə düzgün qəbul edilmir. Çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və nəticədə həzmolmanı pozur, eləcə də qaynar çay içmək və çox isti qida qəbulu mədənin zədələnməsinə gətirib çıxarır.
O cümlədən qidada xörək duzunun miqdarını azaltmalı, ürək-damar xəstəliyi olanlar isə ondan tamamilə imtina etməlidir. Bundan başqa, gün ərzində 4-5 növ çiy tərəvəzdən hazırlanmış salat yemək, itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhət görülür.
Qış mövsümündə necə qidalanaq?
Məlumat üçün bildirək ki, meyvə-tərəvəz, quru meyvələr, o cümlədən bal - bütün bu təbii məhsulların tərkibində vitaminlər və mikroelementlər mövcuddur. Balın faydası hamıya məlumdur. Belə ki, immuniteti artırır, beyni qidalandırır və mədə-bağırsaq sisteminin fəaliyyətini normaya salır. Həmçinin bal sümük sistemini möhkəmləndirir və hemoqlobini artırır.
Bununla yanaşı, nəyi nə ilə birlikdə yeməyin faydalı və ziyanlı olduğunu bilmək çox vacib məsələdir. Məsələn, qoz, ət, yumurta və digər zülallı ərzaqları çörək, kartof, pirojna və şirin meyvələrlə noxud, paxlalı bitkilər, banan və xurmanı pomidor, limon, portağal, kivi, naringi, feyxoa, ananas və digər turş meyvələrlə, o cümlədən qaymaq, kərə yağı, smetan, bitki yağını ət, yumurta, pendir, qoz-fındıq və digər zülallı qidalarla eyni vaxtda yemək düzgün deyil. Bir sözlə, başlıca məqsəd onikibarmaq bağırsaqdakı qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır.
İmmunitetinizi gücləndirin
Xüsusilə də, qış mövsümünda əhali arasında qrip xəstəliyinə tutulanların sayında artım müşahidə edilir. Kliniki Tibbi Mərkəzin baş həkim müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, mövsümlə bağlı qrip xəstəliyinə tutulanların sayının artması insanların immun sisteminin düşməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, hərarət yüksək olduğu halda xəstə mütləq yataq rejiminə əməl etməlidir: “Bu zaman bol mineral suların qəbul edilməsi vacibdir. Çünki hərarət zamanı insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Yaxşı olar ki, vətəndaşlar daha çox meyvə-tərəvəz qəbul etsinlər. İştahanın kəskin azalması halları da müşahidə oluna bilər. Bu, normaldır”.
Konservləşdirilmiş məhsullardan istifadə edərkən ehtiyatlı olun
Əfsuslar olsun ki, bu mövsümdə qida zəhərlənməsi halları da qaçılmazdır. Ev şəraitində konservləşdirilən məhsullardan istifadə edən insanları daha diqqətli olmağa çağıran M.İbrahimova bildirib ki, belə məhsullar çox təhlükəli və ölümlə nəticələnmə riski yüksək olan hallara gətirib çıxarır. Onun sözlərinə görə, zəhərlənmə hadisələri daha çox ev şəraitində qeyri-düzgün texnologiya ilə konservləşdirilən məhsulların - turşuların qəbulu nəticəsində baş verir: “Turşulardan zəhərlənmələrin baş verməməsi üçün həmin məhsullar konservləşdirilərkən çox diqqətlə, təmiz yuyulmalıdır, əks təqdirdə, botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə verir. Daha sonra tor görmə, udqunma pozuntusu, hava çatışmazlığı kimi hallar müşahidə olunur, ünsiyyət çətinləşir. Vaxt itirmədən təcili yardım çağırılmalıdır”.
İstehsalat şəraitində hazırlanmış məhsulları almağı tövsiyə edən mütəxəssis bildirib ki, belə məhsullar təmiz yuyulduğundan sənaye üsulu ilə hazırlanan turşulardan zəhərlənmə halları qeydə alınmır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

