KİVDF-nin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib
23.01.2018 [10:14]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açdıqdan sonra Fondun icraçı direktoru Vüqar Səfərli hesabat məruzəsi ilə çıxış edib.
İcraçı direktor 2017-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. O, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor Fondun 2017-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazının dərc edildiyini bildirib.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 3 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2017-ci ildə keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan V.Səfərli bununla əlaqədar Fondun dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə aprel ayında Lənkəran, sentyabr ayında Xaçmaz şəhərlərində “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfranslar keçirdiyini qeyd edib.
İcraçı direktor, həmçinin bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirləri çərçivəsində Fond 2017-ci ilin may ayında Naxçıvan şəhərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirib və 20 baş redaktordan ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfərini təşkil edib. Eyni zamanda, Fondun təşkilatçılığı ilə dekabr ayında 15 KİV rəhbərindən ibarət nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdə olub.
Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən icraçı direktor ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev çıxış edərək Fondun 2017-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi Fondun 2018-ci il üçün tədbirlər planı müzakirə olunub. 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu deyən V.Səfərli hazırlanmış tədbirlər planında bunun nəzərə alındığını vurğulayıb. Tədbirlər planı Müşahidə Şurasının üzvləri tərəfindən irəli sürülmüş bir sıra səmərəli təkliflər nəzərə alınmaqla təsdiq edilib.
Gündəliyə müvafiq olaraq iclasda, həmçinin Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, 2018-ci il yanvarın 22-dən martın 6-dək keçirilməsi qərara alınıb.
İclasda, həmçinin Fondun 2018-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

