Daşkəsəndə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20.01.2018 [01:19]
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da tədbirlər keçirilib. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb, yanvar ayının 5-dən 20-dək rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində “dəyirmi masa”lar, müzakirələr və digər geniş anım tədbirləri keçirilib, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, rəsm və kitab sərgiləri hazırlanıb, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunub, faciə ilə bağlı məruzələr oxunub, xüsusi dərslər keçilib.
Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq dünən 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində çıxış edərək deyib ki, 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı, faciəli hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq.
20 Yanvar hadisələrinə ilk siyasi və hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xatırladan Əhəd Abıyev deyib ki, Ulu öndər şəhidlərin ailələrinə daim diqqət və qayğı göstərib. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman Ulu öndərin diqqətində olub. Hazırda Prezident İlham Əliyevin 20 Yanvar faciəsində qətlə yetirilənlərin yaxınlarının, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyduğunu söyləyən icra başçısı əlavə edib ki, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Ümumrayon anım tədbirindən sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib, onların ehtiyac və qayğıları ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıqlarını verib. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

