/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində il ərzində görülmüş işlər müzakirə olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində il ərzində görülmüş işlər müzakirə olunub
28.12.2017 [09:30]
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) kollegiya iclası keçirilib.
İclasda komitənin 2017-ci il üzrə illik hesabatı və 2018-ci ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər müzakirə olunub.
Sonra çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 2017-ci il ölkəmiz üçün uğurlu olub, həyatın bütün sahələrində dinamik inkişaf təmin edilib. 2017-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhranlı vəziyyət davam etsə də, baş verən kataklizmlər fonunda ölkəmiz sabitlik adasıdır. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində dinamik sürətlə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və digər istiqamətləri əhatə edən xeyli sayda əhəmiyyətli layihələr həyata keçirir. Bu təyinat qadınlarımızın ictimai-siyasi prosesdə daha da fəal iştirak etmələrinə stimul yaradıb. Bütün bunlar ailə institutunun möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsinə müsbət təsirini göstərir.
H.Hüseynova komitənin il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova , Nazirlər Kabinetinin Humanitar və sosial məsələləri şöbəsinin müdiri Musa Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova, deputat Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində İctimai Şuranın sədri Rəna Mirzəzadə çıxış edərək ölkəmizdə qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar barədə danışıblar.
Sonda AQUPDK sədrinin müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva komitənin dövlət ailə, qadın və uşaq siyasəti üzrə həyata keçirdiyi tədbirlər, hazırlanmış qanun layihələri, bu sahədə aktual problemlərin təhlili, beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə illik hesabatla çıxış ediblər.
Kollegiya iclasında Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun yekunları və 2018-ci ilin birinci yarısı üçün iş planı haqqında da məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

