Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
26.12.2017 [09:59]
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
İclasda Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə nail olunduğu vurğulanıb. Ədliyyə işçiləri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin qüdrətlənməsi və xalqımızın firavan gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.
Qeyd edilib ki, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətlərindən istifadənin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,5 milyonu ötüb.
Dövlətimizin başçısının Sərəncamı ilə təsbit edilmiş “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülür, o cümlədən ölkə məhkəmələri üzrə tətbiqi dairəsi genişləndirilir. Paytaxtda və bölgələrdə yeni inşa olunmuş, o cümlədən cari ildə Prezident İlham Əliyevin açılışını etdiyi Bakı şəhəri Nərimanov, habelə İmişli və Qəbələ rayonlarının müasir məhkəmə binalarında bu sistemin tətbiqi ilə bağlı bütün zəruri infrastruktur quraşdırılıb.
İclasda bu sahədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən təqdir olunduğu qeyd edilib, Azərbaycanın məhkəmə sistemindəki nailiyyətlərinin Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görüldüyü, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan edildiyi vurğulanıb.
Eyni zamanda, “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Elektron icra”nın məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və cari ilin əvvəlindən bir çox icra qurumlarında pilot qaydada tətbiq edildiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, “ASAN xidmət”in fəaliyyət prinsiplərinin və şəffaflıq standartlarının tətbiqi təcrübəsinin genişləndirilməsi, könüllülər institutunun təşviqi üzrə görülən tədbirlər diqqətə çatdırılıb, ötən dövrdə 100-dən çox gəncin ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunduğu, artıq bir çox könüllülərin işlə təmin edildiyi bildirilib.
Həmçinin vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər qeyd edilib, cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.
Kollegiyada hüquqi islahatlarda yeni mərhələ olan dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı görülmüş qanunvericilik və institusional islahatlar barədə məlumat verilib.
Bildirilib ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetməyə alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, elektron nəzarət vasitələrindən istifadə ilə bağlı yeni mühüm qanunlar qəbul olunub, probasiya nəzarəti təsbit edilib.
İclasda qanunvericilikdəki dəyişikliklərin tələblərinə dönmədən riayət edilməklə dürüst və vaxtında icrasının təmin olunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib. Həmçinin Probasiya xidmətinin Əsasnaməsi təsdiq edilib, xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə dair ayrıca geniş müşavirənin keçirilməsi qərara alınıb.
Kollegiyada görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti ildə prioritet istiqamətlər üzrə, o cümlədən Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı görüləsi tədbirlər müəyyən olunub, cəza siyasətinin humanistləşdirilməsi, penitensiar, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

