“Skylife” jurnalı: Bakı Qafqazın ən gözəl şəhəridir
14.12.2017 [09:52]
Türkiyənin “Skylife” turizm jurnalının dekabr nömrəsində Bakı haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri koreyalı jurnalistlər Ayne Birne və Fabio Tardimdir. Müəlliflər Azərbaycanın 2000-ci ildən başlayaraq sürətlə inkişaf etdiyini, Avropa Oyunlarına ev sahibliyi ilə daha da məşhurlaşan Bakının turizm şəhəri kimi tanındığını vurğulayırlar. Məqalədə deyilir: “İlk insanların qayalara rəsmlər cızdığı coğrafi məkan bu gün işıq dirəklərinin sıralandığı küçə və meydanları ilə genişlənir. Ona Qafqazın ən gözəl şəhəri, Dubayı və bu kimi bir çox bənzətmələri yaraşdıra bilərsiniz. Çünki bu coğrafiyada Şərqlə Qərbi birləşdirən qeyri-adi gözəlliyə sahib çox az şəhər var”.
Bakının görməli yerlərini, tarixi məkanlarını gəzən koreyalı jurnalistlər paytaxtı qədimliklə müasirliyin qovuşduğu, Xəzər dənizinin sahilində yerləşən “Badi-Kubə”, yəni, “Küləklər şəhəri” kimi təqdim edirlər. İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı ilə tanış olan müəlliflər oxuculara Azərbaycanın tarixi, qədim İpək Yolu barədə də ətraflı məlumat verirlər. Atəşgah məbədi, Qobustan qayaları barədə söhbət açan koreyalı müəlliflər Azərbaycanın milli mətbəxinin nümunələrindən bəhs edirlər: “Dadlı yeməkləri, Atəşgah məbədi, Heydər Əliyev Mərkəzi kimi göz qamaşdıran memarlıq abidələri ilə Bakı kəşf etməyi sevənlər üçün ideal bir şəhərdir. Xəzər dənizinin möhtəşəm mənzərəsi, Bakının saysız-hesabsız restoranları, alış-veriş mərkəzləri, bir çox park və meydanları insana gözəl anlar bəxş edir”, - deyə müəlliflər yazırlar.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

