Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək
07.12.2017 [09:53]
“Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda Naxçıvanda keçirilən konfransın iştirakçıları muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olub, tədbirlə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə: “İslam həmrəyliyi zamanın çağırışıdır. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Ölkəmiz əsrlərboyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman dünyasının intibahında mühüm rol oynayıb. Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olan, tolerant və multikultural ənənələri ilə seçilən Azərbaycanda bu gün sabitlik və əmin-amanlıq hökm sürür, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır.
Bu gün xüsusi aktuallıq kəsb edən İslam həmrəyliyi yalnız müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasının ümumi məqsəd ətrafında birləşdirilməsinə və vahid mövqe nümayiş etdirilməsinə nail olmaq Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayır, milli və mənəvi dəyərlərə hörmət edilir. Elə etməliyik ki, gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməsinlər. Bu məsələdə biz alimlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də İslam həmrəyliyinin təmin olunmasında təkcə din alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri də fəal olmalıdırlar. Bu baxımdan Naxçıvanda keçirilən konfransın əhəmiyyəti böyükdür”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli: “İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Bu, İslam həmrəyliyinə çağırış olmaqla bərabər, dövlətimizin başçısının islami dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. Bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib, həmrəylik çağırışı bütün dünyada rəğbətlə qarşılanıb. Dünyada cərəyan edən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi qüvvələrin İslam adından çıxış etməsinin qarşısını ala bilər. Ölkəmiz bununla bağlı öz sözünü dedi və dünyaya göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq dinidir, humanist və insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir. Bu mədəniyyət nümunələrini indi doğma Naxçıvanımızın hər qarışında görmək olar. Əminliklə deyə bilərik ki, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransla Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı olduğunu bütün dünyaya nümayiş etdirəcək”.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov: “Dövlətimizin başçısının 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncam böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, ölkəmiz bir sıra təşkilatların, həmçinin müsəlman ölkələrini birləşdirən mötəbər qurumların üzvüdür. Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir. Son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılıb. Keçmiş sovet dövründə dinlə bağlı sərt qadağalar vardı, o vaxt Azərbaycanda cəmi iyirmi məscid fəaliyyət göstərirdi. Hazırda ölkəmizdə məscidlərin sayı iki mini ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Bu iş Naxçıvanda da uğurla davam etdirilir, yeni məscidlər tikilir, qədim dini-mədəni abidələr bərpa edilərək həyata vəsiqə alır. Bu, Ulu öndərimiz Heydər Əliyevin milli və mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirdiyi siyasətin qədim Naxçıvanda uğurlu bəhrələrindən xəbər verir. Bu nümunələri indi hər addımda görmək olar”.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein: “Mən Azərbaycandakı fəaliyyətim dövründə ilk dəfədir ki, Naxçıvanda oluram. Açığını deyim ki, bu qədim diyara “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransda iştirak etmək üçün gəlməyim çox yerinə düşdü, Naxçıvan haqqında dəyərli məlumatlar əldə etdim. Biz muxtar respublikanın paytaxtını gəzdik, tarixi-mədəni abidələri, müalicə turizmi obyektləri ilə tanış olduq. Paytaxtın memarlıq ansamblından da açıq-aşkar görmək olar ki, şəhəriniz uzun əsrlər boyu bir çox mədəniyyətləri özündə ehtiva edib. Buradakı İslam abidələri isə əsrarəngizdir. Biz konfransda dini həmrəyliklə bağlı maraqlı məruzələr dinləyəcəyik. Bu konfransın təşkilatçılarına və bizi qonaqpərvərliklə qarşılayan Naxçıvan sakinlərinə minnətdarlığımı bildirirəm”.
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete: “Bu gün Naxçıvan öz tarixinin ən maraqlı səhifələrindən birini yaşayır. Naxçıvan haqqında araşdırmalar apararkən öyrənmişəm ki, bu diyarda tarixən müxtəlif xalqlar, millətlər və dinlərdən olan insanlar sülh və mehribanlıq şəraitində yaşayıblar. Bu proses indi də davam edir, dini həmrəyliyin kökü isə əsrlər bundan öncəyə gedib çıxır. Naxçıvanda keçirilən bu konfrans dünyada ksenofobiyanın, islamofobiyanın dərinləşməsi fonunda bizə - din xadimlərinə dini dəyərlərin qorunması işində stimul verir. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfrans ümumbəşəri ideyaların qlobal əhəmiyyət daşıdığını göstərir. Əminliklə deyə bilərəm ki, konfransda Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin İslam həmrəyliyi ilə bağlı gördüyü misilsiz işlər haqqında ətraflı söhbət açılacaq, bu qədim diyar keçmişdə olduğu kimi, gələcəkdə də İslam həmrəyliyinin simvoluna çevriləcək”.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünya müsəlmanlarına bir həmrəylik mesajı oldu. Bu gün Azərbaycanda böyükmiqyaslı layihələr həyata keçirilir. Prezidentimiz tərəfindən elan olunan istər “Multikulturalizm”, istər “İslam Həmrəyliyi” illəri bu baxımdan Azərbaycan Respublikasının dünyada gedən proseslərə dəyərli töhfəsidir.
Həmrəylik ideyaları ilə bağlı Naxçıvanda təşkil edilən bugünkü konfrans da dünya mədəniyyətinin, dünya müsəlmanlarının bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşaması baxımından əhəmiyyətlidir. Ölkəmizdəki sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu konfrans da məhz bu amala xidmət edir”.
Qeyd edək ki, konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən, deputatlardan və din xadimlərindən ibarət heyət muxtar respublikada səfərdədir.
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48

