/ / Qubada elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunub
Qubada elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunub
24.11.2017 [10:02]
BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Quba şəhərində “Elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi”, “Vikipediya”nın idarə olunması”na həsr edilən təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə e-hökumət və e-iştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanıb. E-hökumət və e-iştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları, dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə, internet təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. İştirakçılara real iş rejimində “Elektron hökumət” portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə elektron imza və elektron sənəd haqqında məlumatlar verilib.
Təlim kursu innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi aparmaq baxımından yeni imkanlar yaradır, daha səmərəli regional sosial-iqtisadi inkişafa dəstək göstərir.
BMT-nin İnkişaf Proqramında layihə üzrə ekspert Barat Talıbov “Elektron hökumət”in müasir dövrün ən aktual məsələlərindən biri olduğunu bildirib. Qeyd edib ki, e-hökumətin yaşı 15-20 il olsa da, Azərbaycan bu sahədə xeyli iş görüb. O, e-hökumət portalını, elektron imzanı, müxtəlif dövlət qurumlarının göstərdiyi elektron xidmətləri misal olaraq göstərib. B.Talıbov layihə çərçivəsində regionlarda təlimlərin bu il noyabrın 3-də Gəncədən başladığını bildirib. Qubada təşkil edilən təlimin də təcrübə mübadiləsi baxımından zəngin olacağını qeyd edib.
“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov bildirib ki, RİİB-in əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla dövlət qurumları arasında dialoqun gücləndirilməsinə dəstək olmaqdır. Regionlarda e-hökumət sahəsində çalışan əməkdaşlar və gənclər üçün təşkil olunan bu təlimlər də dövlət qurumları və vətəndaş arasında elektron əlaqələrin təkmilləşdirilməsini, kadrların yüksək ixtisaslaşmasını və ölkəmizin internet məkanında mövqelərinin gücləndirilməsində gənclərin rolunun artırılmasını hədəf götürüb.
“Vikipediya”nın idarə olunmasına dair təlimdə isə regionun turizm marşrutları, tarixi və mədəniyyət abidələrinin “Vikipediya”da təbliği, eyni zamanda, gənclərin bu platformada işləmə vərdişlərinin artırılması məsələləri müzakirə edilib. Azərbaycanda “Vikipediya” könüllülük hərəkatını dəstəkləmək və onun əhatəsini genişləndirmək məqsədini aşılayan təlimdə iştirakçılara, həmçinin bu qlobal informasiya resursunda məqalələrin yerləşdirilməsinə dair məlumatlar verilib.
İştirakçılara “Vikipediyaçının köməkçisi”, “Elektron Azərbaycan” adlı maarifləndirici nəşrlər və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin sertifikatları təqdim edilib.
Bu cür təlimlərin Qəbələ, Bərdə, Şirvan, Lənkəran və digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

