Gündüzün kimidir gecələrində...
08.08.2009 [15:42]
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi islahatlar siyasətinin və neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun qüdrətli ölkələrindən birinə çevrilib. Dövlətimizin əldə etdiyi nailiyyətlər özünü bütün sahələrdə - iqtisadi, siyasi, sosial, hərbi və s. sferalarda büruzə verir...
Neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin azad fəaliyyəti üçün münbit şəraitin yaradılması, yeni iş yerlərinin açılması, insanların maddi rifah halının yüksəlməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafından xəbər verir. Məlumat üçün bildirək ki, bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artıb. Qeyri-neft sektorunda artım 4,1 faiz təşkil edib. ünvanlı sosial yardım alan insanların sayı 800 minə çatıb və orta hesabla hər bir ailəyə 100 manat yardım göstərilib. Orta əməkhaqqı isə bu il təxminən 15 faiz artıb. ötən altı ayda isə Azərbaycanda 35 min yeni iş yerləri açılıb.
Göründüyü kimi, dövlət vətəndaşlarımızın sosial vəziyyətini yüksəltmək üçün bütün lazımi tədbirləri görür. Bununla yanaşı, dövlət insanların gərgin iş saatından sonra səmərəli istirahətini də təşkil edir. Bunun üçün gözəl və işıqlı parklar salınıb, əyləncə mərkəzləri inşa olunub və s. Məhz bunu nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti bu sayından etibarən “Bakı gecələri” layihəsinə start verir. Sözügedən layihə çərçivəsində paytaxt Bakımızın rayonlarından materiallar dərc ediləcək.
Səbail rayonundan işıqlı bir gecə...
Müstəqilliyimizin ilk illərində hakimiyyəti zor gücünə qəsb etmiş AXC-Müsavat tandemi yürütdüyü yarıtmaz siyasətlə nəinki Azərbaycanın xarici siyasətini, eləcə də daxili siyasi kursunu iflic vəziyyətə salmışdı. ölkədə hökm sürən xaos bütün sahələrə mənfi təsir göstərmişdi. Qısası, insanlar gecə saatlarında nəinki küçədə gəzməyə, heç evinin işıqlarını yandırmağa belə cürət etmirdilər. Bu acınacaqlı şərait, əlbəttə ki, artıq arxada qaldı...
ümummilli lider Heydər Əliyevin xalqın dəvətilə hakimiyyətə gəlməsindən sonra vəziyyət köklü şəkildə dəyişdi. ölkədə ictimai-siyasi sabitlik, həmçinin, iqtisadi inkişaf üçün əlverişli zəmin yarandı. Beləliklə də, Azərbaycan inkişaf etməyə, dirçəlməyə və xalqımız yaşayış səviyyəsinə görə dünya xalqları arasında layiqli yer tutmağa başladı...
Bu gün isə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...
Məhz bu inkişafın nəticəsidir ki, paytaxt Bakının gündüzləri kimi, gecələri də işıqlı, insanları isə xoşbəxtdir. çünki, dövlət vətəndaşların normal yaşaması və istirahəti üçün bütün lazımi infrastrukturu yaradıb...
Biz bu ab-havanı Səbail rayonunda da gördük...
“Sahil parkı”nda gecə saat 00:00 olmasına baxmayaraq, istirahət məkanında yüzlərlə insan vardı. Parkda və ətrafdakı binalarda quraşdırılmış işıqlar insanlarda gecə narahatlığı yaratmırdı...
Milli Parkda yaradılmış musiqili fəvvarə isə gecəyə xüsusi rəng qatırdı. Vals musiqisi sədaları altında “rəqs” edən musiqili fəvvarənin ətrafına xeyli insan toplaşmışdı. İstirahət kompleksinə daxil olan ərazilərdə uşaqların valideynlərilə birgə əyləncəsi gecənin qaranlığını yaddan çıxarmışdı...
Xatırladaq ki, Hökumət evinin qarşısında, Milli parkda ümumi sahəsi 3900 kvadratmetr olan “Yeddi gözəl” musiqili fəvvarələr kompleksi Bakıya xüsusi gözəllik verir. Bu kompleks İtaliya, Kanada və Amerika mütəxəssislərinin birgə layihələri əsasında hazırlanıb və dünyada bənzəri olmayan möhtəşəm və mürəkkəb fəvvarələr kompleksi hesab olunur. Fəvvarələr kompleksi kompyuterlər vasitəsilə idarə olunur. Nasoslar, sutəmizləyici qurğular, transformatorlar və digər avadanlıq kompleksin altında, hündürlüyü 2,5 metr, sahəsi 1500 kvadratmetr olan yeraltı xüsusi idarəetmə mərkəzində yerləşir. Kompleksin ətrafındakı əraziyə 12,4 min kvadratmetr qranit, fəvvarələrin hovuzlarına təxminən 5 min kvadratmetr ağ mərmər döşənib. Fəvvarələr kompleksinin ətrafı İtaliyada fərdi sifarişlə hazırlanmış dirəklərdəki 400 vatt gücündə lampalar vasitəsilə işıqlandırılır. Bütün işıqlandırma sistemləri İtaliyadan, istənilən hava şəraitində işləyə biləcək səs gücləndiriciləri və idarəetmə qurğuları, kompyuter avandanlığı Almaniyadan gətirilib. Fəvvarələr kompleksində Azərbaycanın və dünyanın görkəmli bəstəkarlarının musiqiləri səslənir...
Eyni vəziyyəti Kukla Teatrının qarşısındakı parkda, Nizami bağında, Gənclər meydanında da gördük.
İnsanlar razılıq ifadə edir...
İnsanların mənalı istirahəti zamanı onlardan görülmüş irimiqyaslı işlərlə, yaradılmış şəraitlə bağlı soruşduqda hər kəs dövlətdən öz razılığını ifadə etdi. Orta nəslin nümayəndələri xüsusilə, 1990-cı illərin əvvəllərində yaşanmış dəhşətli günləri yada salaraq ümummilli lider Heydər Əliyevə və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Yaşlı nəslin nümayəndələri isə bu cür inkişafın fonunda Azərbaycanın gələcəyinin Bakı gecələri kimi işıqlı olacağına inandıqlarını söylədilər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

