Fasiləsiz su təchizatı səviyyəsi Bakı üzrə 81,1 faizə yüksəlib
28.10.2017 [00:10]
Fasiləsiz su təchizatı səviyyəsi Bakı üzrə 81,1 faizə yüksəlib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə ASC-də 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dinamik inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2017-ci ilin ötən dövründə sosial və infrastruktur layihələrin icrası uğurla davam etdirilib.
“Azərsu” ASC-nin sədri 2017-ci ilin yanvar-sentyabr aylarında içməli su təchizatı və kanalizasiya sektorunda mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb. 2017-ci ilin ötən dövründə Gədəbəy şəhərində su və kanalizasiya, Saatlı şəhəri və Pirallahı qəsəbəsində isə içməli su layihələrinin açılış mərasimləri keçirilib. Ötən dövrdə Xırdalan şəhərində su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına, Gəncə və Şəki şəhərlərində layihənin növbəti mərhələsi üzrə işlərə, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrasına başlanılıb və 100-dən artıq kənddə işlər yekunlaşıb. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına başlanılıb və bu sahədə işlər yekunlaşmaq üzrədir.
Hesabat dövründə Prezident İlham Əliyevin Mingəçevir, Salyan, Biləsuvar, Qax şəhərlərində, Binəqədi, Mehdiabad, Novxanı, Binə, Mərdəkan, Şağan, Şüvəlan, 28 May, Qobustan və Pirəkəşkül qəsəbələrində, eləcə də paytaxtın “Ağ şəhər” adlanan ərazisində layihələrin icrasının davam etdirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq işlərə başlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə layihənin icrası tamamlanmaq üzrədir.
Qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC tərəfindən istehlakçılara 191 milyon kubmetr su verilib. Hesabat dövründə 800 kilometrdən çox içməli su və kanalizasiya xətləri tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 90 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 152 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz su təchizatı səviyyəsi ölkə üzrə 66,3 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.
“Azərsu” ASC-nin sədri 9 ayda su təsərrüfatı sektorunda digər əlamətdar hadisələrin də baş verdiyini diqqətə çatdırıb. 2017-ci il martın 14-18-də I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.
Sonra “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru Çingiz Qurbanov hesabat məruzələri ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, ilin sonuna qədər Bakı şəhəri və Abşeron yarımadasının 10 yaşayış məntəqəsində və regionlarda 170 kənddə icra olunan layihələr yekunlaşdırılacaq. Həmçinin ilin sonunadək paytaxtın səth sularının yığılma təhlükəsi olan ərazilərində icra olunan layihələrin, Padarçöl ərazisində suvarma infrastrukturunun yaradılması işlərinin başa çatdırılması nəzərdə tutulur.
Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

