/ / Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir
Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir
26.10.2017 [10:17]
“Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihənin təqdimat mərasimi keçirilib
Oktyabrın 25-də “Excelsior” hotelində “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri, benefisiar ölkə üzrə layihə rəhbəri Elçin Məmmədov bu mühüm layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Avropa İttifaqının yerli nümayəndəliyinə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəmizin vergi sistemində tətbiqinə çalışır.
Sözügedən layihənin cari ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirildiyini bildirən nazirin müşaviri İspaniya Krallığı və Fransa Respublikasının vergi administrasiyalarının layihə çərçivəsində partnyor ölkələr qismində çıxış etdiyini söyləyib. Qeyd olunub ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni tvinninq layihəsi Azərbaycan ilə Aİ arasında səmərəli əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır.
Bildirilib ki, layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Avropa İttifaqının ekspertləri Vergilər Nazirliyinin əməkdaşları ilə öz ölkələrinin və Aİ-yə daxil olan digər ölkələrin mütərəqqi təcrübələrini bölüşürlər. Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bu təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsinə mühüm təsirini göstərəcək. Layihə 5 əsas nəticənin əldə olunmasını qarşıya məqsəd qoyub. Vurğulanıb ki, qarşıya qoyulmuş hədəf məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən və digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni səviyyədə göstərilməsini təmin etməkdir.
Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planlar barədə çıxış edib. K.Jankauskas qeyd edib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaqdır.
Tədbirdə Avropa İttifaqının və aidiyyəti ölkələrin səfirləri, Azərbaycan Respublikasının İqtisadiyyat və Vergilər nazirliklərinin, İspaniya Vergi Agentliyinin nümayəndələri, layihə rəhbərləri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

