/ / Torpaqşünaslıq və Aqrokimya İnstitutu mühüm elmi nəticələrinin istehsalata tətbiq imkanlarını müəyyənləşdirib
Torpaqşünaslıq və Aqrokimya İnstitutu mühüm elmi nəticələrinin istehsalata tətbiq imkanlarını müəyyənləşdirib
13.10.2017 [10:10]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu ölkəmizdə torpaqşünaslıq-aqrokimya elm sahələri üzrə nəzəri və təcrübi problemlərlə məşğul olan mərkəzdir. Son dövrlər institut əməkdaşları tərəfindən pambıqçılığın daha da inkişaf etdirilməsi və yüksək məhsul götürülməsi üçün elmi tövsiyələr hazırlanıb, suvarılan torpaqlardan səmərəli istifadə yolları araşdırılıb. Bundan başqa, institutda əkin strukturunun təkmilləşdirilməsi, torpaqların ekoloji qiymətləndirilməsi, suvarma sistemlərinin və torpaqların vəziyyətinin öyrənilməsi, drenaj və kollektor sularının kimyəvi analizlərinin aparılması istiqamətində də elmi-tədqiqat işləri aparılır.
İnstitutda Muğan-Salyan düzünün suvarma sularının minerallaşma dərəcəsi və lilliyinin mövsümlərdən asılı olaraq dəyişməsi müəyyən edilib, “Kür-Araz ovalığı torpaqlarının deqradasiyası” xəritəsi hazırlanıb. Xəritədə hazırlanmış metodika əsasında deqradasiyanın inkişaf dərəcəsi, tipi və növünü nəzərə almaqla konturlar ayrılıb, deqradasiya dərəcələri müəyyən edilib. Abşeronda torpaqların fiziki-kimyəvi xassələrinə və torpaq örtüyünün formalaşmasına palçıq vulkanlarının təsiri tədqiq edilərək ərazinin torpaq xəritəsi hazırlanıb.
Bunu institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev AZƏRTAC-a müsahibəsində bildirib. Ə.Quliyev vurğulayıb ki, aparılan tədqiqatların uğurlu olması dövlətin elmin inkişafına göstərdiyi diqqət və qayğının, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin elm adamlarına verdiyi dəstəyin nəticəsidir. Məhz bu qayğı sayəsində institutun laboratoriyalarında xam neftlə çirklənən ərazilərdə hansı ağacların əkilməsinin torpaqların münbitliyinin artırılmasına fayda verəcəyi istiqamətində də fundamental tədqiqatlar aparılıb. Abşeron və Böyük Qafqazın cənub yamaclarında müxtəlif dərəcədə çirklənmiş torpaqların istilik-fiziki, su-fiziki, elektrik və optik xassələri temperaturdan, rütubətdən, üzvi və mineral tərkibindən və digər təsiredicilərdən asılılığı müəyyənləşdirilib.
Torpaq mütləq istifadə olunmalıdır
“Torpaq istifadə olunmasa, mütləq şoranlaşmaya məruz qalacaq. Ölkəmizdə suvarılan əkin sahəsi 1,45 milyon hektar təşkil edir ki, bunun da müəyyən hissəsi müxtəlif dərəcədə şoranlaşıb”. Bu fikri Ə.Quliyev deyir. Onun sözlərinə görə, Torpaqşünaslıq və Aqrokimya İnstitutu son illərdə Kür-Araz ovalığının Şirvan, Salyan, Mil düzlərində genişmiqyaslı tədqiqatlar aparıb. Tədqiqatlar zamanı müəyyən edilib ki, əvvəlki illərdə əkin yerləri olan bir çox torpaq sahələrində təkrar şoranlaşma baş verib və hazırda bu sahələr istifadəyə yararsızdır. Bunun əsas səbəbi keçid dövründəki iqtisadi çətinliklərlə əlaqədar ötən əsrin 50-80-ci illərində dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait hesabına tikilmiş kollektor-drenaj və suvarma şəbəkələrinin xeyli hissəsinin baxımsızlıq üzündən yararsız hala düşməsidir. İndi həmin kollektor-drenaj və suvarma şəbəkələrinin yenidən bərpasına ehtiyac var. Bu sahədə qısa müddətdə dövlət miqyasında konkret tədbirlər görülməsə, geniş ərazilərdə torpaqların təkrar şoranlaşması baş verə bilər. Bu da nəticədə şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün külli miqdarda vəsaitin sərf olunmasına və vaxt itkisinə gətirib çıxaracaq.
Alim deyir ki, Azərbaycanda suvarılan əkin sahələrinin ərazisinin 1,7 milyon hektara çatdırılaraq 60 faizi (1,0 milyon hektar) taxıl altında istifadə olunsa, bu ərazidən azı 3 milyon ton taxıl toplamaq mümkündür. Qalan 40 faiz ərazinin 20 faizi (340 min hektar) pambıq, 15 faizi (255 min hektar) yonca, 5 faizi (85000 hektar) digər bitkilər altında istifadə edilsə, ölkənin toxuculuq sənayesi, heyvandarlığı və kənd təsərrüfatının digər sahələri yüksək inkişafa çata bilər.
Kür çayının lilindən torpaqlarının münbitliyinin artırılmasında istifadə oluna bilər
İnstitutun əməkdaşları müəyyən ediblər ki, Neftçala rayonu ərazisində olan Kür çayının deltasında toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var. Üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin qida maddələri rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər. Bu üzvi gübrələrin hazırlanması üçün rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli iş görülüb. İnstitutun üzvi gübrə laboratoriyasının müdiri Paşa Zamanovun rəhbərliyi ilə yerli üzvi tullantılardan “Qala” kompostu hazırlanıb. Abşeronun ağır-gilli şorlaşmış torpaqlarının münbitliyinin bərpasında istifadə oluna biləcək kompostun duzadavamlı bitkilər altında tətbiqinin səmərəliliyi öyrənilib.
“Vəsait olarsa, qısa müddətdə milyon tonlarla üzvi gübrənin istehsal edilib sahələrə verilməsi və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması mümkündür. Xaricdən valyuta ilə aldığımız kimyəvi mineral gübrələrin torpaqlara geniş həcmdə verilməsi torpaqların münbitliyini aşağı salmaqla yanaşı, orada olan canlı orqanizmləri məhv edir, torpaqların strukturunu pozur və min illərlə təmizlənə bilməyən qrunt sularını zəhərləyir. Bunu nəzərə alaraq Neftçala rayonunda üzvi gübrələr istehsal edən zavodun inşası artıq zamanın tələbidir”, - deyə institutun direktoru bildirib.
Təsərrüfatlarda 60 faizədək suvarma suyu itkiyə gedir
Təsərrüfatlarda bu gün ümumilikdə 60 faizədək suvarma suyu itkiyə gedir. Bunun səbəblərini açıqlayan institutun direktoru deyir ki, Şirvan, Mil və Muğan düzlərinin su ilə təminatında böyük rol oynayan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalların örtüyündə filtrasiyaya qarşı beton üzlüklər çəkilməyib. Buna görə bu kanallarda daim sızmalar baş verir. Elmi cəhətdən sübut olunub ki, bu kanallardan orta hesabla 40 faiz su itkiyə gedir. Eyni zamanda, suvarma kanallarında da itki olur. Təsərrüfat sahələrinin selləmə (şırım) üsulu ilə suvarılması da su itkisinə gətirib çıxarır. Ötən əsrin 60-cı illərində qrunt sularının səthə yaxınlaşması üzündən Muğanda və Qarabağda torpaqlar şoranlaşmağa başlayıb. Belə vəziyyətdə kollektor-drenaj şəbəkələri tikildi. Məqsəd qrunt sularının yer səthindən üç metr aşağı salınması idi. Təəssüflər olsun ki, həmin kollektorlardan gedən su, bəlkə də, Kür çayının yarısından çoxdur. Bu qədər su Xəzərə axır. Drenajlarda suyun minerallaşması bəzən 30, bəzən də 50 qram olur. Suvarma suları da buraya qoşulur. Beləliklə, drenaj vasitəsilə daha çox suvarma suyumuz itkiyə gedir. Bunun da səbəbi yeni texnologiyanın tətbiq olunmamasıdır. Ölkəmizin məhdud su ehtiyatı var. Ona görə də sudan səmərəli istifadə olunmalıdır. “Yeni suvarma üsullarını tətbiq etməliyik. Bunlar damcı, torpaqaltı və yağışyağdırma üsullarıdır”, - deyə alim bildirib.
Suvarma qurğularını Yüksək Texnologiyalar Parkında istehsal etmək mümkündür
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin istehsalata tətbiq imkanları müəyyənləşdirilib. Xaricdən gətirilən suvarma qurğuları AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal oluna bilər. Bunun üçün yerli kimyəvi materiallarımız var. Xaricdən valyuta ilə alınan hər hansı bir suvarma qurğusunu parkda 4 dəfə daha ucuz və keyfiyyətli şəkildə hazırlamaq mümkündür.
Elmi müəssisənin laboratoriya müdirləri tədqiqatların nəticələrinə uyğun olaraq səmərəli təkliflərlə çıxış ediblər. Laboratoriyalar tərəfindən istehsalata tətbiq edilə biləcək elmi yeniliklərin və xidmətlərin adlarının tezliklə Yüksək Texnologiyalar Parkına verilməsi qərara alınıb.
“Eyni zamanda, üzvi mənşəli gübrə istehsalından danışmaq istəyirəm. Dünyanın bir çox ölkələri peyindən gübrə kimi istifadə edirlər. Çox fundamental məsələdir. İnstitutumuzda hazırlanan “Qala” kompostunun 30 faizi tullantı, 30 faizi peyin, 30 faizi lil, 10 faizi isə kanalizasiya suyudur. Qarışdırılaraq torpağa verilir, nəticəsi də yüksək olur”, - deyə Ə.Quliyev bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15

