Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər olunub

Dövlət Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər olunub

28.09.2017 [10:20]

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsində dəyişikliklər edilib.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar ARDNF-in Müşahidə Şurasının sentyabrın 27-də keçirilən növbəti iclasında qəbul edilib. Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Müşahidə Şurası təqdim olunmuş ARDNF-in 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30