ADNSU-da 2017-2018-ci tədris ilinə start verilib
16.09.2017 [10:56]
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2017/2018-ci tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Hikmət Babaoğlu, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak edib.
Bilik Günü münasibətilə tələbələri təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2017/2018-ci tədris ilinin qəbul göstəricilərini açıqlayıb. “Bu il də universitetimizə qəbul göstəriciləri yüksək olub, hətta deyərdim ki, heç vaxt bu cür yüksək nəticə olmayıb. Belə ki, bu il 2620 nəfər bakalavr pilləsinə, 512 nəfər magistraturaya, 225 nəfər isə Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutuna (SMİİYİ) qəbul olub. İlkin hesablamalara görə, ADNSU-nun tələbəsi adını qazanan əcnəbi gənclərin sayı 200 nəfərdən artıqdır. Beləliklə, ADNSU-ya ümumilikdə qəbul olanların sayı 3500 nəfərdən artıqdır. Universitetin bakalavr pilləsinə qəbul olan tələbələrdən 292 nəfəri 600-dən, 1000 nəfərədək isə 500-dən yüksək bal toplayıb. 1 nəfər tələbə isə prezident təqaüdünə layiq görülüb. Orta bal isə 439 bal təşkil edib”, - deyə ADNSU-nun rektoru, professor M.Babanlı bildirib.
Rektor M.Babanlı yüksək göstəricilərlə ADNSU tələbəsi adını qazanmış gənclərə yüksək səviyyədə təhsilin verilməsinin qarşıda dayanan ən mühüm məsələ olduğunu qeyd edərək universitetdə bu istiqamətdə iş aparıldığını diqqətə çatdırıb.
Tələbələri Bilik Günü münasibətilə təbrik edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İ.Məmmədzadə “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda çıxış edib.
Millət vəkili Hikmət Babaoğlu tələbələrə tədris prosesində uğurlar arzulayıb və Azərbaycanın elm tarixində mühüm yer tutan dünyaşöhrətli neft korifeyləri yetişdirən ADNSU-nu seçdikləri üçün onları təbrik edib. “Mən əminəm ki, bundan sonra da ADNSU-nun tanınmış məzunları kimi istedadlı şəxsiyyətlər və neftçilər yetişəcək”, - deyə H.Babaoğlu bildirib.
Sonra ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olmuş I kurs tələbələrinə tələbə biletləri və hədiyyələr təqdim edilib. Tədbirin sonunda 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyasında hər kurs üzrə bir qrup olmaqla ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

