Daşkəsəndə müəllimlərin sentyabr konfransı keçirilib
13.09.2017 [10:08]
Sentyabrın 12-də Daşkəsən rayon İcra Hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov və 200 nəfərdən çox rayon müəllimi iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı quruculuq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə ölkənin bütün sahələrində, eləcə də təhsil sahəsində qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə olan dərin inam hisslərini daha da gücləndirib: “Ölkə başçısının ali diqqət və qayğısı sayəsində respublikanın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması, onların maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Təkcə son 6 ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilib, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilib. Daşkəsən rayonunda ötən dərs ilində də tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılmasına dair görülən işlərin səviyyəsi daha geniş miqyas alıb. Birmənalı olaraq bildirirəm ki, rayonumuzda təhsilin inkişafı üçün atılan addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına ali diqqət və qayğısının əyani göstəricisidir”.
Son illər rayonda təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlərdən danışan Ə.Abıyevin sözlərinə görə, hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si isə ibtidai məktəbdir: “Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 580 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin tədris müəssisələrinə 3 mindən artıq şagird cəlb olunub. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən daim diqqətdə saxlanılır. Bu il rayonun orta məktəb məzunlarından 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə verib. Onlardan 59 nəfəri ali, 20 nəfəri orta ixtisas məktəblərinə qəbul olunub. 2015-2016-cı dərs ilində isə 50 nəfər məzun ali, 12 nəfər məzun orta ixtisas məktəblərinə qəbul olunublar. Rəqəmlərə baxanda aydın görünür ki, ildən-ilə qəbulların sayı artır. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 2 nəfər 600-dən, 3 nəfər 500-dən yuxarı bal toplayıb. Bu göstərici ötən illə müqayisədə aşağıdır. 2016-cı ildə ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 651 bal, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdır”.
Sonra rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsi ətrafında isə Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin müəllimi Bahirə Qurbanova və Təhsil Nazırliyinin nümayəndəsi, psixologiya elmləri doktoru Elxan Bəylərov çıxış edərək ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda konfransın qərarı və ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48

