/ / Koreyanın mərhum Prezidentinin xanımı: Bakının əsrarəngiz gözəlliyi hələ də xatirələrimdə yaşayır
Koreyanın mərhum Prezidentinin xanımı: Bakının əsrarəngiz gözəlliyi hələ də xatirələrimdə yaşayır
31.08.2017 [10:33]
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Azərbaycan və Koreya arasında əlaqələrin inkişafına mühüm töhfə vermiş sabiq Prezident, mərhum Roh Mu-hyunun doğulduğu Gyeongsan-namdo əyalətinə səfər edib.
Azərbaycanın Koreyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Roh Mu-hyun Fondunun icraçı direktoru Co Ho-yonla görüş keçirilib, daha sonra mərhum Prezidentin məzarı ziyarət edilib. Ziyarət zamanı səfir xatirə kitabına ürək sözlərini yazıb və məzarın önünə əklil qoyub.
Daha sonra səfir mərhum Prezident Roh Mu-hyunun Kimhe şəhərinin yaxınlığında yerləşən evini ziyarət edərək həyat yoldaşı Kvon Yanq-sookla görüş keçirib. Görüş zamanı Azərbaycana ilk səfər etmiş Prezident Rohun ölkələrimiz arasında əlaqələrin inkişafına müstəsna töhfə verdiyi qeyd edilib.
Cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün hər iki ölkədə qeyd olunduğu bildirilib, həmçinin səfirlik tərəfindən Azərbaycan-Koreya əlaqələrinin inkişafına töhfə vermiş Koreyanın ictimai-siyasi xadimlərinin yad edildiyi vurğulanıb. Bu çərçivədə Roh Mu-hyunun xatirəsinin anılmasının vacibliyi diqqətə çatdırılıb. Belə ki, Azərbaycan-Koreya əlaqələrinin inkişafının təməlinin məhz Prezident Roh Mu-hyunun 2006-cı ildə Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərləri ilə qoyulduğu vurğulanıb. Qeyd olunan səfərlər çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığı və hər iki ölkədə səfirliklərin açıldığı bildirilib.
Xanım Kvon Yanq-sook öz növbəsində Azərbaycan səfirinin ziyarətini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycanla bağlı xoş xatirələrini dilə gətirərək Bakının əsrarəngiz gözəlliyinin xatirələrində hələ də yaşadığını bildirib. Xanım Kvon Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə həmin dövrdə keçirilmiş görüşlərin onda xüsusi təəssürat yaratdığını qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı yüksək səfərlər zamanı çəkilmiş fotoşəkillərdən ibarət səfirlik tərəfindən hazırlanmış fotoalbom mərhum Prezidentin həyat yoldaşına təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

