“Ən yüksək balı toplamağı qarşıma məqsəd qoymuşdum”
29.08.2017 [10:21]
Eldar Əfəndiyev: Mən kiçik yaşlarımdan anam kimi həkim olmaq istəyirdim
Məlum olduğu kimi, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq artıq ixtisas seçimi ediblər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. IV ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyevdir.
Məlumat üçün bildirək ki, E.Əfəndiyev 2000-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Anası həkim, atası isə mühəndisdir. Eldar VII sinifdə oxuyarkən riyaziyyat fənni üzrə şəhər ikincisi, VIII sinifdə isə biologiya fənni üzrə şəhər birincisi olub. Həmçinin respublika fənn olimpiadalarında biologiyadan I yerə, o cümlədən olimpiadanın xüsusi nominasiyası olan “Birincilərin birincisi” mükafatına layiq görülüb. Bununla yanaşı, Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Əlaçı” verilişinin də iştirakçısı olub.
İmtahanda yüksək nəticə göstərən 17 yaşlı Eldar redaksiyamızın qonağı olub. Əməkdaşımızın suallarını cavablandıran rekordçu imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: “Yüksək nəticəni əldə etmək üçün aşağı siniflərdən gündəlik dərslərimlə məşğul olmuşam. Bununla yanaşı, iki il repetitor yanına getmişəm. Hazırlıq müddətində sadəcə bildiklərimi daha da təkmilləşdirmişəm. 7 il idi ki, ən yüksək balı toplamağı qarşıma məqsəd qoymuşdum. Amma düşünüldüyü kimi gecəmi gündüzümə qataraq vaxtımı təkcə oxumağa sərf etməmişəm. Bu ərəfədə istirahətə, dostlarımla gəzməyə, hətta sosial şəbəkələrdə xaricdəki dostlarımla ünsiyyət qurmağa da zaman ayırırdım”.
Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçən həmsöhbətim kiçik yaşlarından həkim olmaq istədiyini deyir: “Həkimlik sənəti böyük məsuliyyət tələb edir. Hər zaman onlara qibtə etmişəm. Çox yaxşı başa düşürəm ki, bunun üçün çoxlu mütaliə etməli və öz üzərimdə çalışmalıyam. Mən kiçik yaşlarımdan anam kimi həkim olmaq istəyirdim. Tez-tez onun çalışdığı xəstəxanaya gedib iş mühiti ilə tanış olurdum. Həkimlərin necə işlədiyini, xəstələrə qarşı necə həssaslıqla yanaşdıqlarını görürdüm. Elə o vaxtlardan qəti qərara gəlmişdim və həkim olacağıma əmin idim. Gələcəkdə isə təhsilimi xaricdə davam etdirməyi düşünürəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

