/ / “Yeni Azərbaycan” qəzetinin redaksiyasında 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib
16.08.2017 [10:16]
Hikmət Babaoğlu: Sizlər ölkəmizin gələcəyi, sabahın idarəçiləri kimi daha yüksək biliklərə yiyələnməlisiniz
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib. Görüşdə abituriyentləri təbrik edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu “qəbul imtahanlarında ən yüksək - 700 bal toplamaq böyük nailiyyət və uğurdur. Mən buna görə sizləri, həmçinin müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, bu uğurlarınız davamlı olsun. Ali məktəbdə oxuyarkən də hər zaman əldə etdiyiniz yüksək nailiyyətlərlə fərqlənəsiniz” deyib.
Görüşdə millət vəkili ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından da ətraflı bəhs edib. Təhsil sisteminin inkişafının ölkə siyasətinin prioritetlərindən olduğunu bildirən Hikmət Babaoğlu Azərbaycanda neft kapitalını intellektual kapitala çevirməyi başlıca məqsəd hesab edən Prezident İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyasının çoxşaxəli olduğunu deyib.
Qeyd edilib ki, ölkəmizdə gənclərin inkişafı və təhsili ilə bağlı bir sıra Dövlət proqramları qəbul olunub. Millət vəkili bildirib ki, bu gün yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan gənclərimiz ölkəmizin işıqlı sabahıdır: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb”.
Görüşdə regionumuzda və ümumilikdə dünyada baş verən mürəkkəb proseslər barədə də danışan, həmçinin müasir dünyada informasiyanın payının gündən-günə artdığını deyən millət vəkili gənclərimizin müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsini vacib şərt sayıb. Bildirilib ki, qlobal dünyada baş verən kataklizmlərin fonunda ölkəmizin milli maraqlarının, dövlətimizin mənafeyinin qorunması üçün müasir biliklərə yiyələnmək əsasdır. Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev də hər zaman gənclərə arxalandığını bildirir: “Sizlər də bu inamı, bu dəstəyi lazımi şəkildə dəyərləndirməli, ölkəmizin gələcəyi, sabahın idarəçiləri kimi daha yüksək biliklərə yiyələnməlisiniz”.
Öz növbəsində, keçirilən görüşə görə “Yeni Azərbaycan” qəzetinin baş redaktoruna təşəkkürünü bildirən Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsinə 700 balla qəbul olmuş Mahirə Əsədzadə, Xalidə Əliyeva, Elmir Əhmədov, o cümlədən ən yüksək balla ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin tələbəsi adını qazanmış Pərvin Əhmədova ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razılıq ediblər.
Məsələn, gələcəkdə daha böyük uğurlara imza atmağı hədəflədiyini bildirən Xalidə Əliyeva “ilk növbədə, dəvətinizə görə hamımızın adından minnətdarlığımı bildirirəm. Bugünkü görüşdə çox mühüm və unudulmaz tövsiyələr eşitdik. Göstərilən hər bir diqqət və qayğı bizə stimul verir. Bundan sonra da qarşıma daha böyük hədəflər qoymuşam. Azərbaycanlı gənc kimi gələcəkdə ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Bir sözlə, 700 bal mənim üçün sadəcə uğurun başlanğıcıdır” deyib.
Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Mahirə Əsədzadə isə deyib ki, gələcəkdə peşəkar mütəxəssis kimi öz xalqına layiqli xidmət etmək arzusundadır: “Hikmət müəllim, sizin də qeyd etdiyiniz kimi biz ölkəmizin işıqlı sabahıyıq. Bu məsuliyyəti dərk edib ölkəmizin gələcəyi və sabahın idarəçiləri kimi daha yüksək biliklərə yiyələnməli, xalqımıza layiqli xidmət etməliyik”.
Görüşdən xoş təəssüratlarla ayrıldığını söyləyən Elmir Əhmədov “Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin redaksiyasında belə bir vacib görüşə dəvət olunmağımız qürurvericidir. Biz abituriyentlərin sevincinə şərik olduğunuz və gələcək üçün vacib tövsiyələr verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. İlk növbədə, tədris aldığım ixtisasa yaxşı yiyələnib, universiteti birinciliklə başa vurmağı qarşıma məqsəd qoymuşam” deyib.
Pərvin Əhmədova isə “Hər zaman ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Əldə etdiyimiz uğuru qiymətləndirdiyiniz üçün minnətdarlığımı bildirirəm” deyib.
Görüşdə iştirak edən abituriyentlərin valideynləri də gənclərə və təhsilimizə dövlət tərəfindən yüksək qayğı göstərildiyini deyiblər. Övladının əldə etdiyi uğura görə qürur hissi keçirdiyini deyən Xalidənin anası Aygün Tağıyeva Azərbaycanda təhsilin inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edildiyini bildirib: “Azərbaycan təhsili sürətli inkişaf yolundadır. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb”.
Pərvinin anası Lamiyə Əhmədova isə deyib ki, ölkədə gənclərə göstərilən yüksək diqqət və qayğı öz müsbət nəticəsini verir: “Gənclərə və təhsilimizə göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycanda bilikli, elmli gənclərin sayı daha da artmaqdadır”.
Tədbirin sonunda siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu ali məktəb dərslikləri abituriyentlərə hədiyyə olunub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58

