/ / Qəbələ Beynəlxalq Musiqi Festivalına yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər
Qəbələ Beynəlxalq Musiqi Festivalına yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər
04.08.2017 [10:05]
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan IX Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqdadır. Artıq 6 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada səsləndirilən rəngarəng musiqi əsərləri insanları öz sehrinə qərq edib.
AZƏRTAC xəbər verir ki, festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər. Festival günlərində Qəbələnin bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. İnsanlar Qəbələnin müasir otellərində və kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə yerləşərək həm dincəlir, həm də dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə keçirilən konsertlərdə iştirak edərək unudulmaz anlar yaşayırlar. Festival çərçivəsində hər gün keçirilən iki konsertdə 1500-ə yaxın yerli və xarici tamaşaçı iştirak edir. Ümumiyyətlə, bir həftə davam edəcək festivalda 10 mindən çox tamaşaçının iştirakı gözlənilir.
Bu günlərdə Qəbələyə əsasən Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan və Misirdən olan turistlər gəlir. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
Əcnəbilər həm də Qəbələ Beynəlxalq Musiqi Festivalının sorağını eşidərək bura gəldiklərini bildirirlər. Klassik musiqi əsərlərini korifey sənətkarların ifasında canlı dinləmək üçün Qəbələyə gələn fransalı turist Pyotr İsakoviç Topyol AZƏRTAC-a müsahibəsində möhtəşəm səviyyədə təşkil edilən musiqi festivalının 3 konsertində iştirak etdiyini və dünya şöhrətli musiqiçilərin ifasından zövq aldığını bildirərək deyib: “Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu eşitmişdim. Bura dostlarımla gəlmişəm. Qəbələnin gözəl təbiəti və insanların qonaqpərvərliyi məni valeh edir”.
Festivalı izləyənlər arasında tanınmış teleaparıcı Hacı Nuran Hüseynov da var. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, musiqi festivalı başlayan gündən Qəbələdədir. Burada dincəlməklə yanaşı, hər gün konsertləri də izləyir: “Qəbələ Bakıdan uzaqda yerləşsə də konsertlərə paytaxt və bölgələrdən xeyli sayda tamaşaçının qatılması böyük uğurdur. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir. Konsertlər çox xoşuma gəlir. Mən bu festivalın ötən 9 il ərzində inkişaf etdirilərək bu cür yüksək səviyyəyə çatacağını təsəvvür edə bilməzdim. Qəbələ festivalı artıq dünyaya səs salıb. İtaliyalı 9 yaşlı uşaq burada “Sarı gəlin” mahnısını gözəl ifa etdi. Sübut etdi ki, Azərbaycan musiqisi dünyada sevilir, qəbul edilir, Azərbaycan mədəniyyəti tanınır. Həmişə Azərbaycanı başqa ölkələrdə neft ölkəsi kimi tanıyıblar, amma indi həm də idman, mədəniyyət ölkəsi kimi yaddaşlarda qalır”.
Fransalı turist Jan Luc Landier ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəlib. Bakı və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər olduğunu bildirən turist bu yerlərin füsunkar təbiətinə də heyran qalıb: “Çox gözəl təbiətiniz var. Dağlar, meşələr, çaylar hamısı bir məkandadır. Fransadan buraya 20 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov AZƏRTAC-a bildirib ki, bu günlərdə otel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, kanatla dağ gəzintisi, güllə atıcılığı kompleksinin xidmətlərindən bəhrələnmək, atla meşədə gəzintiyə çıxmaq, göldə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Beynəlxalq musiqi festivalı ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Sonra turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış edirlər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. Bu il rayona 200 minə yaxın turistin gələcəyi gözlənilir. Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

