Vergi nəzarəti tədbirləri zamanı qanunsuz sahibkarlıq faktları aşkarlanıb
03.08.2017 [09:57]
Bakı şəhərində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata düşmədən qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanıb. Bu barədə qəzetimizə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, vergi orqanları tərəfindən iyulun 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, Köndələn eninə 4-cü küçə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 2000 kv.m. olan mebel sexində vergi nəzarəti tədbirləri keçirilib. Nəzarət tədbirləri zamanı həmin obyektdə Türkiyə Respublikasının vətəndaşı Uğur Safi Mustafa tərəfindən vergi orqanında qeydiyyata düşmədən mebel istehsalı fəaliyyəti ilə məşğul olunduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilib.
Uğur Safi təqdim etdiyi izahatında bu fəaliyyətlə vergi orqanında qeydiyyata düşmədən məşğul olduğunu, eləcə də 16 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb etdiyini bildirsə də, götürülmüş sənədlərə əsasən müəyyən olunub ki, həmin obyektdə təkcə istehsalla əlaqədar işlərə 31 nəfər əmək müqaviləsiz işçi cəlb edilib. Obyektdə olan işçilər nəzarət tədbirini həyata keçirən vergi orqanı əməkdaşlarına izahat verməkdən boyun qaçıraraq obyekti tərk etsələr də, sonradan vergi orqanlarının uçot-baza məlumatlarına əsasən həmin işçilərin şəxsiyyətləri müəyyən edilib.
İyulun 25-də həmin ərazidə keçirilmiş növbəti vergi nəzarəti tədbiri zamanı Uğur Safiyə məxsus olan vergi orqanında qeydiyyatdan keçməmiş daha 2 mebel istehsalı sexi (sahələri müvafiq olaraq 1000 kv.m və 900 kv.m olmaqla), sahəsi 60 kv.m. olan mebel aksesuarları anbarı, sahəsi 180 kv.m. olan köhnə mebellerin saxlanıldığı anbar, 2 hazır məhsul saxlama anbarı (sahələri müvafiq olaraq 700 kv.m. və 600 kv.m. olmaqla) və 3 otaqlı ofis müəyyən edilib. Qeyd olunan obyektlərdən 2 ədəd kompüter və xeyli sayda qara mühasibatlıq sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülərək müvafiq aktla rəsmiləşdirilib.
Aparılmış araşdırmalar zamanı, Uğur Safinin digər bir Türkiyə Respublikasının vətəndaşı Zengin Hakanla ticarət əlaqələri təhlil edilib və Uğur Safinin sözügedən mebel sexində istehsal olunan mebelləri heç bir sənəd təqdim etmədən, satış dövriyyəsini qeydiyyatdan gizlədərək Zengin Hakana təqdim etdiyi müəyyən edilib. Sonuncu isə öz növbəsində, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 41a ünvanında yerləşən ona məxsus “VİVA-RİVA” adlı mebel mağazasında həmin malların satışını həyata keçirib. İyul ayının 28-də Zengin Hakana məxsus “VİVA-RİVA” adlı mebel mağazasında keçirilən vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirildiyi, habelə 90 min manat dəyərində qeydiyyatdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Uğur Safi qanunsuz olaraq fəaliyyət göstərdiyi mebel sexini “Azinşaat Servis” Açıq Səhmdar Cəmiyyətindən müvafiq icrarə müqaviləsinə əsasən icarəyə götürüb. Obyektin faktiki sahəsi 5000 kv.m-dən çox olmasına baxmayaraq, icarə müqaviləsində 1000 kv.m., aylıq icarə haqqının faktiki məbləği isə 4500 manat olmağına baxmayaraq, müqavilədə 1400 manat kimi rəsmiləşdirilib.
Sözügedən ünvanda icarəyə verilmiş obyektlərdə aparılan vergi nəzarəti tədbirləri zamanı “Azinşaat Servis” ASC tərəfindən bir sıra vergi ödəyicilərinin həmin obyektlərdə qanunsuz sahibkarlıqla məşğul olması faktları da aşkar edilib.
Qeyd olunanlarla əlaqədar, Uğur Safi Mustafanın, eləcə də Zengin Hakan və “Azinşaat Servis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə qeyd olunan sahibkarlıq subyektlərində səyyar vergi yoxlaması həyata keçirilir, yoxlamanın nəticəsinə dair aşkar olunan cinayət əməlləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-istintaq tədbirləri aparılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

